Azərbaycanla Türkiyə Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

13:34 26-10-2023 | icon 467
Azərbaycanla Türkiyə Kanoe və Avarçəkmə Federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

"May ayında Mingəçevirdə “Prezident kuboku”nda iştirak etmişdik. Təkrar burda olmaqdan məmnunuq”.

 

Bu fikirləri Türkiyə Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Alper Cavit Kabakçı “Mingəçevir reqatası”ndan danışarkən deyib.

 

O hər il yarışa olan marağın artdığını vurğulayıb: "Hər il yarışın səviyyəsi daha da artır, iştirakçı sayı çoxalır. Burda hər zaman qardaşlarımızla olmaqdan qürur duyuruq. Azərbaycan millisi iyulda Türkiyədəki yarışda iştirak etmişdi”.

 

Kabakçı bildirib ki, oktyabrın 27-də Türkiyə Kanoe və Avarçəkmə Federasiyası ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanacaq: “Sabah gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Türkiyə Kanoe və Avarçəkmə Federasiyası ortaq bir əməkdaşlıq müqaviləsi imzalayacağıq. Önümüzdəki illərdə iki ölkənin kanoe və avarçəkmə fəaliyyətlərində işbirliyini daha da artıracağıq. Yarışda iştirak edən bütün ölkələrə uğurlar arzu edirəm”.

 

Qeyd edək ki, “Mingəçevir reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq.


Digər xəbərlər

0.33150911331177