Abşeron rayonunda antiterror tədbiri şəhidləri anılıb

11:18 30-10-2023 | icon 586
Abşeron rayonunda antiterror tədbiri şəhidləri anılıb

Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan 6 abşeronlu igidin - Arzullayev Murad Təvəkkül oğlunun, Manafov Qiyas Ramil oğlunun, Eyvazov Vüqar Eyvaz oğlunun, Rəhimov Ramil Sücəddin oğlunun, Balabəyli Elcan Vasif oğlunun və Hüseynov Səbuhi Məhbub oğlunun qırx mərasimi və Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksələn İlyasov Fərid İbad oğlunun 3-cü ildönümü qeyd edilib.

Mərasim iştirakçıları İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti sayəsində “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımız Vətən müharibəsində düşməni diz çökdürüb, 30 illik Vətən həsrətinə son qoyulub.

Qeyd edilib ki, xalqımızın qalib gəldiyi 44 günlük müharibədən sonra Ermənistanın kapitulyasiya aktına imza atmasına baxmayaraq, ermənilərin Qarabağda terror fəaliyyətlərini davam etdirmələri antiterror əməliyyatlarının keçirilməsini qaçılmaz edib. Bu əməliyyatlarla terrorçuların məhv edildiyini, bəzilərinin isə Ermənistana qaçdığını vurğulayan RİH başçısı Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə və Xocalıda bayrağımızı qaldırmasını iftixar və qürur hissi ilə izlədiyini bildirib.

Vətən müharibəsi şəhidi Vidadi Zalovun atası, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov çıxış edərək, uğurlu antiterror əməliyyatının ordumuzun gücünü və istənilən hərbi əməliyyatı icra etmə qabiliyyətini bütün dünyaya göstərdiyini söyləyib.

O, yenilməz şanlı ordumuzun düşmənin bütün təxribatının qarşısını almağa hazır olduğunu vurğulayaraq, şəhidlərimizin qisasının döyüş meydanında alındığını söyləyib.

Vətən müharibəsi iştirakçısı, polkovnik Məhərrəm Həmidov ermənilərin həm 44 günlük Vətən müharibəsinə qədər, həm də müharibədən sonra həyata keçirdikləri terror fəaliyyətlərindən ətraflı danışaraq, şanlı ordumuzun uğurlu antiterror tədbirləri nəticəsində düşmənin təxribatlarının qarşısının tamamilə alındığını və Vətənimizin ərazi bütövlüyünün tam şəkildə təmin edildiyini qeyd edib. İşğaldan azad olunan ərazilərin çox sürətlə bərpa edildiyini, soydaşlarımızın öz yurdlarına qayıtdığını söyləyən polkovnik deyib ki, əgər bundan sonra düşmənin revanşist qrupları yenidən terror və ya hərbi təxribatlar törətməyə cəhd edərsə, onların bütün təşəbbüsləri yerindəcə məhv ediləcək.

Şəhidlərimizin xatirəsinə ehsan süfrələri açılıb, onların ruhlarına dualar oxunub.

O cümlədən abşeronlu Vətən Müharibəsi şəhidlərinin 3-cü il dönümlərinin qeyd olunması davam etdirilib. Rayon rəhbərliyi şəhidlərimiz Ələkbərov Röyal Fərmayıl oğlu, Ələkbərov Əli Ələkbər oğlu, Əlimərdanov Elvin İlham oğlu, Hacıyev Ramid Nəriman oğlu, Hüseynov Rəhim Qədir oğlu, Müslümov Elşən Habil oğlu, Mehdiyev Rəşad Rəhman oğlu, Abbasov Səxavət Rizvan oğlu, Turabov Rüstəm Fərman oğlu, İsgəndərov Anar Vahid oğlu, Xəlilov Ruhin Müzəffər oğlu, Haşımov Fuad Ceyhun oğlu, Vəliyev İlqar Cahid oğlu, Əhmədov Mənsur Mamed oğlunun, Bədəlov Seymur Hüseyn oğlu, Qulamlı Afiq Fərhad oğlu, Vəliyev Elyar Arif oğlu, Qarazadə Nicat Malik oğlu, Xosrovzadə İlkin Azay oğlu, Paşayev Elsəvər Vaqif oğlu, Əhmədov Emil Bahaddur oğlu, Heydərov Qadir Ədalət oğlu, İbadov Rauf Məhərrəm oğlu, Salmanov Azər Vəfadar oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb.







 


Digər xəbərlər

0.3008348941803