Azərbaycan kubokunda 34 komanda

17:13 01-11-2023 | icon 797
Azərbaycan kubokunda 34 komanda

Sabah Azərbaycan kubokunun püşkatma mərasimi keçiriləcək. 

Bu haqda Peşəkar Futbol Liqasının yaydığı açıqlamada bildirilib. 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq.

Bu, PFL-in bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi. Buna 2010/11 mövsümündə təsadüf olunub.

 

34 iştirakçıdan ibarət kubok yarışı son 17 turnir üçün də rekorddur. Daha çox komandanın iştirakı sonuncu dəfə 2006/07 mövsümündə qeydə alınıb.

Qeyd edək ki, mütləq rekord 1993/94 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok üçün 45 komanda mübarizə aparıb.

Əlavə edək ki, budəfəki kubok yarışında Misli Premyer Liqası, 1 və 2-ci liqanın təmsilçiləri mübarizə aparacaq.


Digər xəbərlər

0.29325294494629