Minifutbol millimiz üçüncü yer uğrunda matçda uduzdu

00:39 05-11-2023 | icon 916
Minifutbol millimiz üçüncü yer uğrunda matçda uduzdu

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 3-cü yer uğrunda oyuna çıxıb.

Elşad Quliyevin rəhbərlik etdiyi yığmanın rəqibi Macarıstan olub. Bu görüşdə Azərbaycan millisi 1:3 hesabı ilə uduzub.

Son Avropa çempionu olan Azərbaycan yığması mundialın qrup mərhələsini maksimum nəticə göstərərək lider kimi başa vurmuşdu. Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi 1/8 finalda Portuqaliya (3:0), 1/4 finalda isə Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırmışdı. Lakin yığma ötən gün yarımfinalda Qazaxıstana uduzub - 2:3.


Digər xəbərlər

0.29688405990601