Bakıda Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib - FOTO

16:25 05-11-2023 | icon 589
Bakıda Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib - FOTO

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalına start verilib.

4 gün davam edəcək turnirin açılış mərasimindən öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanin gənclər və idman naziri Fərid Qayıbov Milli Atçılıq Festivalının açılış mərasimində çıxışı zamanı ulu öndərin 100 illik yubileyi çərçivəsində idman federasiyaları da aktiv şəkildə fəallıq göstərdiyini bildirib: “Bu il Azərbaycan Atçılıq Federasiyası müxtəlif yarışlar təşkil edib. Bu gün Milli Atçılıq Festivalının açılış mərasimində toplaşmışıq. Ölkəmizdə keçirilən bütün beynəlxalq yarışlar idmanımızın qələbəsidir. Bütün iştirakçılara uğurlar arzulayıram".

Festivalda yalnız milli cins atların – Qarabağ və Dilbaz atlarının iştirakı ilə Çövkən çempionatı, Cıdır yarışları və Yorğa qaçışları təşkil olunacaq.

Qapalı manejdə festivalın açılış mərasimi bədii hissə ilə davam etdirilib. Tədbirin ardınca çövkən üzrə dünya çempionatı start götürüb. İlk gündə 3 oyun keçiriləcək. Azərbaycan Türkiyə ilə, Qazaxıstan Mərakeşlə, Özbəkistan isə Polşa ilə qarşılaşacaq.

 


Digər xəbərlər

0.30423092842102