Xankəndi stadionunda bərpa işləri aparılır

15:56 06-11-2023 | icon 879
Xankəndi stadionunda bərpa işləri aparılır

Hazırda Xankəndi şəhəri stadionunda bərpa işləri aparılır.

Bununla bağlı Xankəndi şəhərinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində açıqlama yer alıb.

"Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib. Hazırda stadionda bərpa işləri aparılır", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, artıq separatçıların qondarma “bayrağının” rəngində olan oturacaqlar stadionun tribunalarından sökülüb. Stadionun tribunalarında oturacaqlar yeniləri ilə əvəzlənəcək.


Digər xəbərlər

0.28280997276306