Bakıda ali məktəb, metro tuneli və səfirlik üçün inzibati binanın tikintisi ilə bağlı ekoloji qiymətləndirmə aparılıb
Bakı şəhərində dövlət qurumları və özəl təşkilatlardan daxil olan tikinti layihələrinin
ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi, ictimaiyyətin
məlumatlandırılması və ekoloji rəyin verilməsi məqsədilə növbəti ictimai dinləmə
keçirilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən tədbirdə “Bakı Metropoliteni” QSC
tərəfindən Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində inşa olunan “B04”
stansiyasının çıxışları, ADA Universitetinin yaxınlığında Azərbaycan-İtaliya
Universitetinin tikintisi üçün ayrılmış sahədə, Nəsimi rayonu, Bakıxanov küçəsi, 631-ci
məhəllədə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin yeni
inzibati binasının tikintisi üçün ayrılmış torpaq sahəsində, eyni zamanda Xətai, Binəqədi,
Sabunçu, Nizami və Nərimanov rayonları ərazisindəki tikinti şirklətləri tərəfindən inşa
olunan layihələrdə layihə altına düşən yaşıllıqların köçürülməsinə dair müzakirələr
aparılıb.
Əsas məqsədin yaşıllıqların mümkün dərəcədə qorunması, artırılması,
götürülməsinə rəy verilmiş ağacların öncədən ayrılmış ərazilərə standartlara uyğun
qaydada köçürülməsi, yaşıllıqlarin bioloji inkişafdan qalmasına yol verilməməsi və
sonrakı illərdə də onlara mütəmadi düzgün aqro-texniki qulluq göstərilməsi olduğu
bildirilib.
Tədbirdə layihələri ictimai dinləməyə çıxarılan dövlət qurumlarının və şirkətlərin
nümayəndələri tikinti zamanı götürüləcək yaşıllıqlarla bağlı öhdəliklərini, bərpa dəyərini
açıqlayıb, ətraf mühitin mühafizəsi istiqamətində görəcəkləri tədbirlərdən danışıblar.
Agentlik daxilində fəaliyyət göstərən Rəy və icazələrin monitorinqi şöbəsinin
əməkdaşları tərəfindən bir müddət sonra həmin ərazilər üzrə monitorinq keçiriləcəyi və
nəticələr barədə məlumatların təqdim olunacağı qeyd olunub.
İctimai dinləmədə Binəqədi rayonunda ağacların kəsilməsi faktı ekoloqlar və
qeyri-hökumət təşkilatları nümayəndələri tərəfindən də sərt şəkildə qınanıb, belə
halların yolverilməz olduğu diqqətə çatdırılıb.
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...