Qaradağda Zəfər Günü qeyd edildi - Fotolar

14:51 08-11-2023 | icon 1128
Qaradağda Zəfər Günü qeyd edildi - Fotolar

Noyabrın 7-də Zəfər Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, YAP Qaradağ Rayon Təşkilatının sədri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri Lökbatan qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət ediblər.

Şəhidlər xiyabanına əklil qoyulub, şəhidlərin ruhlarına dualar oxunub, sonra şəhidlərin məzarları bir bir ziyarət edilərək, üzərinə tər gül dəstələri qoyulub. Vətən Müharibəsi Qəhrəmanı, Şəhid kapitan Abdullayev Rəşad Arif oğlunun barelyefi ziyarət olunub.

Daha sonra tədbir iştirakçıları Ə.Əmirov adına Mədəniyyət Sarayının həyətində və foyesində rayonda fəaliyyət göstərən məktəb, uşaq bağçası, uşaq incəsənət məktəblərinin əl işlərindən ibarət təşkil edilmiş sərgiyə baxış keçiriblər. 

Qaradağ rayonundan olan şəhidlərin həyat yolundan bəhs edən fotosərgi nümayiş olunub. 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin və 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin canlı rəsm sərgisi nümayiş edildi. Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin məktəbliləri şerlər söylədilər, rəqs etdilər, nəğmələr səsləndiriblər.

 
 
 

Daha sonra Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələri, vətən müharibəsi qaziləri ilə görüş keçirib. Tədbirdə ölkəmizdə olduğu kimi Qaradağ rayonunda da Prezident cənab İlham Əliyev tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu qeyd edilib.

Tədbir axşam saatlarında ictimaiyyət nümayəndlərinin iştirakı ilə Ə.Əmirov adına Mədəniyyət sarayında davam edib.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış edib. Qeyd olunub ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Konsertdə Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradov, Əməkdar artist Almaz Orucova, əməkdar mədəniyyət işçisi Aşıq Əli, rayon ərazisində yerləşən Lökbatan Mədəniyyət Sarayının solisti və rəqqasları, 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin, Müşfiqabad Mədəniyyət Evinin, 28 nömrəli musiqi məktəbinin və 9 nömrəli musiqi məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar oxudular.    
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

 

 









Digər xəbərlər

0.24694490432739