Zəfər Günü Abşeronda böyük coşqu ilə qeyd olundu - Fotolar
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış şanlı bayramımız - Zəfər Günü Abşeron rayonunda böyük iftixar və qürur hissi ilə qeyd olunub.
Qələbənin üçüncü ildönümündə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Şəhid övladları ilə birlikdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə rayon ictimaiyyəti tərəfindən Şəhidlər Xatirə Kompleksi, II Fəxri Xiyaban, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanları və şəhidlərimizin dəfn olunduğu müqəddəs məkanlar ziyarət olunub, məzarları üzərinə gül dəstələri qoyularaq şəhidlərimizin xatirələri ehtiramla yad olunub.
Zəfər Günü ilə əlaqədar Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda respublikamızın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli konsert proqramı təşkil olunub və atəşfəşanlıq olub.
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...
-
Professor İbrahim Cəfərovun “Bitki xəstəlikləri və onların idarə edilməsi” kitabı çap edilib - FOTO
...