İmam Hüseyni yalnız müsibətiylə tanımamalıyıq – MÜSAHİBƏ

23:37 14-11-2023 | icon 1380
İmam Hüseyni yalnız müsibətiylə tanımamalıyıq – MÜSAHİBƏ

Azərbaycan tolerantlığı ilə məşhur və əksər ölkələrə nümunə olacaq dövlətdi. Buna rəğmən məmləkətimizdə din, inanc, məzhəb və s. bu kimi mövzular olduqca həssasdı. Qanunlarımızın əsası olan Konstitusiyamızda dünyavi dövlət olduğumuz qeyd olunur. Lakin əhalimizin 96% (rəsmi) özünü islam etiqadında görür. Bu da bizim müsəlman ölkəsi olmağımız deməkdi. Odlar yurdunda qlobal miqyasda
olmasa da, lokal səviyyə və latent şəraitdə məzhəbçilik, inanc-inancsızlıq, radikalizm-tolerantlıq kimi qarşıdurmalar baş verir. Azərbaycanlı müsəlmanların 65% şiəliyə (cəfəriliyə) məzhəbindədi, 35% isə özlərini əhli-sünnə əqidəsində görür.


Həmçinin son 7-8 ildə özünə ateist, deist, nihilist, tanrıçı kimi təqdim edənlərin sosial şəbəkələrdə artıb. Təəssüflər olsun ki, bu artımın çoxu etiqad azadlığını, dözümlülüyü tapdalamaqla məşğuldu. Belə ki, fərqli etiqad da olanların mütləq əksəriyyəti sosial şəbəkələrdə daha çox islam inancında olan soydaşlarımıza qarşı söyüş-təhiq “ritorika”sından istifadə edir. Bu da təbii ki, qarşı tərəfi qıcıqlandırır.
Cəmiyyətimizdə İslam diniylə bağlı qaranlıq məsələlərdən, ateizm-din münasibətləri, Azərbaycandakı ateistlərin dinə, müsəlmanlara qarşı xoşagəlməz ifadələr səsləndirməsi və s. bu kimi mövzularla bağlı onlara.de saytının baş redaktoru, publisist Ziya Balıyevlə söhbətimiz baş tutdu.

Ziya bəy, atest olduğunuz halda sonralar necə oldu ki, müsəlman-şiəyə çevrildiz?
- 6 il ateist olmuşam. Ateist olmağımın bir neçə səbəbi olub. Onlardan birincisi dindən, fəlsəfədən yetəri qədər bilgili olmamağım idi. Ateist olduğum dönəmlərdə həyati, idraki, yaradılış ilə bağlı məsələlərdə şübhələrimə cavablar tapa bilməmişdim. Şübhələrimə cavab tapmaq üçün araşdırmalara baş vurdum. Dinləri, əsas da İslamı araşdıranda
gördüm ki, qaranlıq gördüyüm məsələlərə sonuncu din daha rasional cavablar verir. İdarkı olaraq, İslamın dedikləriylə razı qalsam da, qəlbimdə hələ də şübhələr qalmaqdaydı. Belə olduqda ateist kimi Kərbəla ziyarətinə getdim. Orda imam Əlinin, imam Hüseynin hərəmlərini və başqa yerləri ziyarət etdim. Məhz bundan sonra qəlbimdə güclü iman yarandı və İslamı qəbul etdim.

Ziyarət zamanı ən çox nələrdən təsirləndiz?
-Bir çox şeylər mənə təsir etdi. Məsələn, insanlara göstərilən təmənnasız yaxşılıq, nəvaziş, qayğı, çörəyini, suyunu bölüşmək və s. Ən çox təsirləndiyim məkan isə Nəcəf şəhərindəki həzrəti Əlinin hərəmi oldu. Orda çox qeyri-adi hislər keçirdim, onu sözlə ifadə etmək olmur, yaşamaq lazımdı.

Niyə başqa dinləri yox, məhz İslamı qəbul etdiz?
-Dinlərin hansının daha rasional olduğunu bilmək üçün kifayət qədər araşdırdım. Xristian olmadım, çünki o dində Allahın insan formasında yer üzünə enməsi, İsanın Allah olması iddia edilir. “Ata-oğul-müqəddəs ruh” üçlüyü də Allahı təmsil edir. İudaizmdə bir çox absurd məsələlər var. Məsələn, əvvəl işığın sonra günəşin yaranması, mələklərin həzrəti Yaqubla güləşməsi, peyğəmbərin mələyin kürəyini yerə vurması, mələyin ondan əfv diləməsi. Lut rəsulullah ilə bağlı inçest məsələlər, həddən artıq irqçiliyin olması və s. nüanslar insanda ikrah yaradır.
Buddizmdə Tanrı ilə bağlı ziddiyətlər çoxdur. Həmin dində Tanrı mövcud olsa da, onun o qədər də önəmi yoxdur. Mirvanaya özün gedib çatmalısan. Həmçinin insanların yemək zövqləri, cinsi istəklərinə və digər məişət ehtiyaclarına həddən ziyadə sərhədləyir. Hinduizm politeist din olduğundan həddən çox tanrılar var. Bilmirsən gerçək Tanrı
kimdir. Bütün bu sadaladıqlarımı analiz etdikdən sonra, İslamın ortaya qoyduğu Tanrı, yaradılış və sosial, ictimai, məişətlə bağlı konsepsiyasının ən rasional olduğunu gördüm.

Keçmiş ateist, deist, aqnostik yoldaşlarınız İslama gəldiyiniz üçün sizə basqılar, təqiblər etdilərmi?
- Fiziki zorakılıqdan söhbət gedə bilməz. Amma mənəvi basqılar, daşqalaqlar, diskriminasiyalar çox oldu. Bu gün də var. Hələ ateist olduğum vaxtlarda İslama, İran dövlətinə qarşı doğru-yalan ifadələrlə ağızlarına gələni yağdıran “ateist”lərlə də çox mübahisələrim olurdu. Çünki tənqid həqiqət üzərində aparılmalıdı, ağıla, məntiqə əsaslanmalıdı. Ateist olan vaxtlarımda də tənqidin həqiqət üzərində qurulmasının tərəfdarı olmuşam. Azərbaycanda ateistlərin küçə söyüşləri, təhqirlərlə diqqət çəkməsi çoxdan ənənə halını alıb. Təbii ki, azlıq təşkil edən, mədəni, savadlı, rasional təfəkkürlü
ateistləri bura aid etmirəm. Amma özünə ateist deyənlərin mütləq əksəriyyəti əxlaqsız, mənəviyyatsız, qərəzli şəxslərdi. Ona görə də o tip ünsürləri birbaşa həyatımdan “blok” edirəm.


- Normalda ateist, deist olan insanlar daha mədəni, təvəzökar məziyyətlərə, intelektual, rasional, tolerant təfəkkürə sahib olmalıykən bizdə tam tərsinədi. Bu nədən qaynaqlanır?
- Əvvəla, ateist olanların rasional təfəkkürə sahib olmalıdır anlayışını qətiyyən qəbul etmirəm. Çünki ateizm özü rasional bir inanc deyil. Ateizm nəzəriyyəsi heç bir zaman “Allah yoxdu” deyə, konkret isbat ortaya qoymayıb. Ateizm ancaq dinin iddiaları üzərində köklənərək, dinin arqumentlərini tənqid, inkar etməklə Allahın olmadığını iddia etməyə çalışır. Bu da yalnış yanaşmadı. Çünki əks məna dəlil demək deyil. Tolerantlığa gəlincə, bu anlayış renesans dönəmində dindarların ateistlərə qarşı basqılarına qarşı yönəlmişdi. Tolerantlığın üzə çıxmasına ateizm səbəb olmuşdu. Amma buna baxmayaraq, tarixdə ateistlərin demək olar hamısından tolerantlıq nümunəsi görmürük. Hətta bu gün allahsızlar cəbhəsinin flaqmanı hesab olunan Riçard Dokinz kimi alim belə tolerant deyil. Azərbaycanda dediyim kimi özünə ateist deyənlərin mütləq əksəriyyəti küçə söyüşləriylə Tanrının yoxluğunu sübut etməyə çalışır. Əslində bizdə ateist kimi baş qaldıranların çoxu uşaqlıqda travmalar, psixoloji sarsıntılar keçirənlərdi. Məhz, xoş olmayan yaşantılarını Allaha bağlayırlar. Bundan başqa savadsızlıqdan, praqmatik səbəblərdən dolayı ateist olanlar da var. Məsələn, zina etmək, gününü eyş-işrətdə keçirmək, kefi istədiyi kimi geyinmək və s. fəaliyyətlərini rahat həyata keçirmək üçün özlərinə ateist deyirlər. Hələki, bizdə gəlib-keçmiş ən intelektual, mədəni, əxlaqlı ateist Ağalar Məmmədovdu . Həmin şəxs ateizmlə bağlı ortaya normal kitab qoymağı bacarıb. Amma o da “Azərbaycan Ateistlər Birliyinin” üzvü deyil və özünü yuxarıda qeyd etdiyim “ateist”lərin sırasında görmür. Bertran Rasseli, Uilyam Kinqdom Kliffortun və başqa ateist müəlliflərin əsərlərini oxuyanda görürük ki, Avropada, ABŞ-da ateist birlikləri səviyəli formada olduqları halda, Türkiyə ilə Azərbaycanda çox iyrənc formadadı. Ona görə Azərbaycan ateistlər dünyaya açılıb, beynəlxalq ateist təşkilatlarına üzv ola bilmir.
- Vurğuladınız ki, ateizm yalnız inancdı, elm deyil. Buna aydınlıq gətirərdiz...
- Ateizm fəlsəfəsi ancaq dinin arqumentlərinin tənqidi üzərində qurulub. Elə bir ateist alimi yoxdur ki, Allahın yoxluğunu konkret elmi sübutlarla təsdiq etsin. Ateizm fəlsəfəsinin ən sistemli işləyən alim Entoni Flüdur. O belə, ateizmi evidensializm üzərində işləyib. Yəni, “Allahın varlığına dair dəlillər yetəri qədər olmadığı üçün Allah yoxdu” yanaşmasını vurğulayıb. Hətta Flü da sonradan Tanrının var olduğunu qəbul etdi. Onun sonuncu yazdığı “Tanrı var: Dünyaca məşhur ateist necə fikrini dəyişdi” kitabında bu barədə geniş söhbət açır.

- Normalda ateist olan kəslər bütün dinləri inkar edib, mübarizə aparmalı olduğu halda, bizdə ateistlərin mütləq əksəriyyəti islamofob kimi çıxış edir. Bu nədən qaynaqlanır?
-Ümumiyyətlə, dünyadakı ateist təşkilatları və onların ardıcıllarını götürsək, hər biri öz ölkələrində hakim olan dini tənqid edib, mübarizə apardığını görəcəyik. Məsələn, Rassel İngiltərədə İslamı yox, Xristianlığı, Cəlal Şəngür Türkiyədə yaşayıb Buddizmi yox, İslamı, Hindistandakı ateistlər İudaizmi yox, hinduizmi tənqid edirlər. Bizdəki ateistlərin də İslamı tənqid etmələri normaldı. Amma onu doğru dediniz ki, bizədəki ateistlərin çoxu islamofobdu. Ateistlərin İslamı elmi, fəlsəfi, praktiki tənqidlərlə çökdürmək əvəzinə, söyüş-təhqirlərlə sıradan çıxarması da buna bariz nümunədi. İslamofobiyanın inkişafının əsas səbəblərindən biri demokratiyanın, liberalizmin naqisliklərinin rahatlıqla həyata keçirilməsiylə bağlıdı. Çünki İslam onların qarşısında duran başlıca maneədi.
- Belə çıxır ki, Azərbaycanda İslam dininə qarşı mübarizə aparan ateistlərin çoxu xarici dövlətlərin siyasi, iqtisadi maraqlarına xidmət edir?
- Bəzi dinlər, dini cərəyanlar çox vaxt siyasi təşkilatlarla “qol-qola” olduğu kimi ateistlər içərisində də belə hallar var. Məsələn, Maltusun nəzəriyəsində Yer kürəsində insanların sayının azaldılması başlıca məqsəddi. Ona görə də əksər dövlətlərdə homoseksualizm, abort, narkotik vasitələrin rahat satışı və s. “çiçəklənir”. Eynilə bir çox dövlətlər var ki, əsas dayağı dindir, məhz orada separatçı ateizm inkişaf etdirilir, məzhəbçiliyə rəvac verilir. Karen Armstronq ateistləri 2 qrupa bölür. Frendli ateislər və militan ateistlər. Dövrümüzdəki ateistlərn mütləq çoxluğu militan ateistlərdi. Onlarında başlıca məqsədi hakim dinləri sıradan çıxarmaqdı. Odur ki, imperialist dövlətlər, hər hansı inkişafda olan ölkələri siyasi, iqtisadi, hərbi məqsədlərlə özünə tabe etmək üçün militan ateistləri öz sıralarına çəkməkdə maraqlıdı.
- Azərbaycan, Türkiyə də daxil olmaqla İslam coğrafiyasında ateistləri elmi, fəlsəfi, rasional metodlarla tərk-silah etmək niyə çətindi?

- Xristian coğrafiyasında ateizm kifayət qədər inkişaf edərək, din üçün güclü müxalif cəbhə olduğundan Avropdada, ABŞ-da ateislər ilə ilahiyyatçılar arasında tez-tez dəyirmi masa arxasında debatlar baş verir. Ona görə də teist filosoflarən ateistlərin iddialarına qarşı elmi rəddiyələrlə zəngin əsərlər yazıb. Onlar içərisində Con Lenoks, Alvin Plantinqa, Uilyam Leyn Kreq və başqa alimləri misal çəkmək olar. İslam coğrafiyasında isə, ateizm olduqca zəif inkişaf etdiyindən ona qarşı tənqidi, rəddiyəli əsərlər yazmaq labüd olmayıb. Müsəlman ölkələrində ateizm XX əsrin 50-ci
illərində inkişaf etməyə başladı. Ona görə də onlara rəddiyə əsərləri son 15-20 ildə qələmə alınmağa başladı. Bu siyahıya Mürtəzə Mütəhəri, Məhəmməd Hüseyn Behişti, Misbah Yəzdi, Caner Taslaman, Alper Bilgili və digər filosofları əlavə edərdim. Amma onu da etiraf edim ki, hələ də bu yöndə yazanların çoxalmasına ehtiyac var. Azərbaycanda isə, belə ilahiyyatçı, filosoflar demək olar yoxdu. Digər tərəfdən ilahiyyatçının əsas xətti insanlara mənəviyat, asketizm baxımından söhbətlər aparmaqdı deyə, ateizmə qarşı danışmağı özləri üçün elə də ehtiyac görmür. Amma bunu ehtiyac bilib elmlənsələr daha yaxşı olar. Çünki militan ateizm İslam coğrafiyasında artmaqda və təhlukə yaratmaqdadı.
- İslam coğrafiyasında ateizm o qədər yayılmadığını dediz. Amma gəlin etiraf edək ki, Cəlal Şəngür Türkiyədə kifayət qədər auditoriya toplaya bilib. Eləcə də bizdə ateist adıyla baş qaldıran avantürist Zamin Mürsəlovun sosial şəbəkələrdə kifayət qədər izləyiciləri var.
- Yuxarıda qeyd etdiyim kimi ateizm Türkiyədə ötən əsrin 50-ci illərində inkişaf etməyə başladı. Bunun da başlıca səbəbi Mustafa Kamal Atatürkün İslama qarşı böyük çıxışlar etməsi, xilafət qanunlarını ləğv edib dini dövlətdən ayırması, dini geyimlərə qarşı son dərəcə dözülməz münasibət göstərməsindən dolayıydı. Azərbaycanda da özünü “raskrutka” edən Cəlal Şəngür geologiya sahəsində böyük alim olsa da, ümumilikdə çox zəif intelektual dünyagörüşə sahibdi. İstər “biq-bənq”, istər təkamül, istərsə də antropoloji ateizm mövzusunda danışanda böyük xətalar edir. Onun kimi ateistlərdən biri də Turan Dursundu. Həqiqətə qalsa, Türkiyədə Əhməd Aslan kimi son dərəcə savadlı, dərin dünyagörüşə sahib ateist alim var. Buna baxmayaraq türkiyəli və azərbaycanlı ateistlərin çoxu onu tanımır. Bir qaçılmaz reallıq var – kütlənin böyük hissəsi cahildi. Cahil insanları da ağıllı, rasional arqumentlərlə özünə cəlb edə bilməzsən. Məsələn, həmin cahil insanlara Burhani Siddiqin kosmoloji, antropoloji dəlillərini nə qədər izah etsən də anlamayacaqlar. Ona görə də cahil kəslərin qarşısına ancaq cahil arqumentlər qoyulur. Məsələn, əqidəsi zəif, dinin, mentalitetin qınağından dolayı zinadan, əyyaşlıqdan, qumardan və digər bu kimi naqislikləri rahat həyata keçirə bilməyənlər üçün bir nəfərin çıxıb dini, mentaliteti söyüb, aşağılaması onların gözündə “savadlı”, dərin “dünyagörüşə” sahib biri kimi qiymətləndiriləcək. Hətta həmin zavallılar söyüş-təhqir yağdıranı “xilaskar natiq” kimi də ucaldıb onun ətarfında toplaşacaqlar. Zamin Mürsəlov, Vüsal Məmmədov kimi şəxslərdə cahil kütləni o cür manipulyasiya edənlərdəndi.

- Azərbaycanda “ateist” adı ilə baş qaldıranlar İslam daxil bütün səmavi dinləri inçesti, pedofiliyanı təbliğ etməkdə günahlandırır. Amma həmin aktiv “ateist”lərdən biri olan Gülsüm Novruzova zorakılıq olmadığı halda inçestin normal bir hal olduğunu və leqallaşmasına çağırış etmişdi. Bu barədə nə deyərdiz?
- Ümumi onu deyim ki, səmimi bir ateist inçesti, pedofiliyanı, homoseksualizmi, zoofiliyanı və s. normal qəbul etməyə məcburdurlar. Çünki ateizmin əxlaq normaları yoxdu. Hətta bir çox ateist “filosof”lar var ki, yuxarıda qeyd etdiyim iyrənclikləri səmimi qəbul edərək deyirlər: “həmin şeylərin pis olduğuna dair heç bir dəlilimiz yoxdu”. Məsələn, çox məşhur astro-fizik, ateist Lourens Krans qeyd edir: “İnçestin pis olmasına dair, mənim heç bir dəlilim yoxdu. Bu sadəcə mənə iyrənc gəlir. Amma başqalarına deyə bilmərəm ki, siz bunu etməyin”. Riçard Dokinz deyir: “Yüngül pedofiliya normal bir şeydi. Burada heç bir problem yoxdur. Hətta şagirdlik illərimdə mənə və sinif yoldaşlarıma qarşı yüngül pedofiliya halları olub və böyüdükcə bizdə heç bir travma halları yaşatmayıb”.
- Siz dediz ki, səmimi ateist inçesti, pedofiliyanı normal hal kimi qəbul edir, ateizmdə əxlaq konsepsiyası yoxdu. Gəlin etiraf edək ki, SSRİ-də ateist dövlətiydi, amma inçesti, homoseksualizmi, pedofiliyanı, fahişəliyi qəti şəkildə qadağan etmiş, onlara qarşı amansız mücadilə aparırdı. Allahsız sovetlər ölkəsində ictimai əxlaq, ailə institunun qorunması, fərdlərin etika qaydalarına əməl etməsi və bu kimi məziyyətlərlə bağlı güclü təbliğat gedib, milyonlarla tirajlada kitablar nəşr olunmuşdu. Buna nə deyəcəksiz?
- Kommunizm dinləri sıradan çıxarsa da, əslində özlüyündə alternativ din idi. Çünki kommunizmlə bağlı olan qanunlar, kitablar, əxlaq normaları, idarəçilik, təhsil və s. mütləq Marksın, Engelsin, Leninin dediklərindən kənara çıxmamalıydı. SSRİ-də yetəri qədər nöqsanlar, qüsurlar, haqsızlıqlar olsa da, zəmanəmizin iyrəncliklər yox idi. Kommunistlərin ilahiyyatlaşdırdıqları liderlərinin yaşam tərzlərinə, əsərlərinə uyğun təbliğat aparılmalıydı. Marks, Engels, Lenin, hətta bir vaxta qədər Stalin Allah hesab olunurdu. Onu da etiraf edim ki, əxlaq, savad cəhətdən ağırlığı olan ateistlər məhz kommunist ateistlərdi.
- Sizə elə gəlmirmi ki, sovet dönəmindəki qanunların bu gün də tətbiqinə ehtiyac var?
- SSRİ-də dinə qarşı senzura həddən artıq çox olması, dini ədəbiyatların, Nitşe kimi filosofun əsərlərinin qadağan olunması və s. görə kommunizmi dəstəkləmirəm. Ona görə, heç də bütün sovet qanunlarının bərpa olunmasının tərəfdarı deyiləm. Amma indiki cəmiyətimizdəki sekulyarizmin, liberalizmin törətdiyi fəsadların qarşısını almaq üçün bəzi sovet qanunlarının bərpası pis olmazdı.
- Senzuradan söz açdınız. Bəs İslamdakı məhdudiyyətləri, teokratik dövlətlər olan Səudiyyə Ərəbistanı, İrandakı senzuraları necə başa düşək?
- Bəli, İslamda senzura var. Amma bu təhqir, söyüşlərə qarşı yönələn senzuradı. Şəxsən mən Səudiyyə Ərəbistanını şəriət dövləti hesab etmirəm, çünki orda ağıla, məntiqə sığmayan senzuralar çoxdu. Amma İran İslam Respublikasında vəziyyət başqadı. Cənub qonşumuzda təhqir, söyüş xaric qalan məsələlərdə senzura yoxdu. İranda Holbax, Didro, Volter, Nitşe, Rassel və başqa ateist, deist filosofların kitabları tərcümə olunaraq nəşr olunub, bu gün də rahatlıqla satılmaqdadı. Hətta həmin bilik mənbələri dövlət kitabxanalarındada bütün vətəndaşlar üçün əlçatandı.
- İranda ateist filosofların əsərləri axı Şah hakimiyyətinin zamanında nəşr olunmağa başladı, çünki həmin rejimin özü klerikalizmə qarşıydı. Hazırda İranda on minlərlə tirajla həmin kitablar nəşr olunurmu?
- Şah dönəmində nəşr olunan həmin kitablar, İslam cümhuriyyəti bərqərar olduqdan sonra dəfələrlə təkrar nəşr olunub. Hətta son dönəmin məşhur ateistlərindən olan Riçard Dokinz, Stiven Hoking, Herbert Kremer, Ted Nelson və başqalarının əsərləri də farscaya tərcümə olunaraq çap edilib və edilməkdədi. Əlavə rəsmi məlumat üçün onu da qeyd edim ki, yalnız Tehranda 11 min ateist yaşayır. Qısası İran ateistlərə yetəri qədər tolerantlıq göstərir.
- İrandakı ateistlərin cəmiyyətləri, təşkilatları, mətbu orqanları varmı?
-Sadaladıqlarınızın olub-olmamasını deyə bilmərəm. Amma bir daha vurğulayıram ki, Allahı, dini təhqir etmədiyi təqdirdə İranda heç bir ateistə qarşı diskriminasiya yoxdu.
- İslamı aşağılayan, müsəlmanları təqib edən, hicablı qadın-qızları küçə söyüşləriylə təhqir edən islamofoblara, ekstremist ateistlərə necə cavab verilməlidi? Sosioloji terapiya necə olmalıdı?
- Qeyd etyiniz məsələlərdə ən doğru terapiyanı qoyan Allahdı. Quranda həmin insanlarla bağlı deyir: “Kafirlərlə ən əxlaqlı, ən yaxşı formada bəhs edin. Əgər sizin dininizi söysələr oranı tərk edin və onları Allaha həvalə edin”. Yəni, biz öz əxlaqımızı, tərbiyəmizi göstərməli, onların səviyələrinə enməməliyik.
- Bir müsəlman kimi ekstremist ateistlər, islamofoblarla dəyirmi masalar arxasında debatlarla hazırsınızmı?
- İslamofoblarla yox! Çünki onlar birbaşa dinimizi açıqca təhqir edirlər. Onlarla yeganə mübarizə hüquqi çərçivədədi. Biz İslamı, peyğəmbəri, imamları, mən də daxil olmaqla müsəlman dost-tanışlarımın ünvanına küçə söyüşləri yazan, şəkillərimizi aşağılandırıcı hala salıb sosial şəbəkələrdə paylaşan islamofob, ateistlərlə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət etmişik. Amma hələki şikayətlərimizə baxan olmayıb. Bir haşiyə çıxım. 2005-06-cı illərdə Danimarkanın “Jullands-Posten” qəzeti, 2015-ci ildə isə Fransanın “Çarl Hebdo” jurnalı Məhəmməd peyğəmbərin karikaturalarını yayımladı, İslam dinin ünvanına təhqirlərlə “zəngin” yazılar dərc olundu. Avropada yaşayan müsəlmanlar aidiyatı orqanlara bu barədə ölçü götürmələri barədə müraciət etsələr də, həmin qurumlar bunu qulaq ardına vurdu. Nəticədə bəzi müsəlmanlar haqqı bərpa etmək üçün adı çəkilən mətbu orqanlara basqın edib bir neçə jurnalisti öldürdülər. Bunun da ən böyük zərbəsi dinə dəydi. İslam Avropada terror dini kimi tanındı. Müsəlmanlar haqlı olduqları halda, haqsız duruma düşdülər. Ona görə də Daxili İşlər Nazirliyindən dönə-dönə xahiş edirəm ki, dinə qarşı söyüş, təhqirlər yağdıran şəxslər, qruplar haqqında ciddi ölçü götürsünlər. Əks halda Azərbaycan Əfqanıstanın, İraqın, Liviyanın, Suriyanın vəziyətinə düşə bilər.

- Bəs Quranın Bəqərə surəsinin 190-194-cü ayələrində “kafirlərlə savaşın”, “onları öldürün” çağırışları nə dərəcədə doğrudu?
-Bəli, qeyd etdiyiniz ayələrdə kafirlərlə savaşın, onları öldürün deyir. Amma hansı kafirləri?! Söhbət bundan gedir. Gəlin, əvvəlcə kimlərə kafir deyilir, kafirlər təhlükəlilik dərəcəsinə görə neçə qruplara bölünür onu aydınlaşdıraq. Quranda kafir sözü bir çox yerdə fərqli formalarda 425 dəfə işlədilməkdədi. Bəzi yerlərdə müşriklərə, bəzi yerlərdə peyğəmbəri, axirəti inkar edənlərə, bəzi yerlərdə isə kitab əhli olan xristian və yəhudilərə də kafir deyilir. Ümumi mənada kafir deyildikdə, Allahı, onun kitabını, peyğəmbəri və axirəti inkar edən şəxs nəzərdə tutulur.  Kafirlər ümumi mənada inkar edən şəxslər olsa da, onların da bir çox növləri vardır. Onlara (kafirlərə - A.İ) qarşı rəftarı da müəyyən edən 4 əsas bölgü mövcuddu.

Müstəmin. Müvəqqəti aman alaraq İslam torpaqlarına daxil olan şəxsə müstəhim deyilir. Bu şəxslər daha çox ticarət məqsədi ilə gələn kafirlərdi ki, İslam torpaqlarında olduqları müddətdə onların canı amanda olur və öldürülmələri tamamilə qadağandı. Muahid – “Əhlul Hudnə”, “Əhlul Əhd”, “Əhlus Sülh” deyilən muahidlər, İslam dövləti ilə sülh şəraitində yaşayan, müsəlmanlarla döyüşməyən, onları yurdlarından çıxarmayan və döyüşənlərə yardım etməyən şəxslərə deyilir. Qurani-Kərimin Mumtəhənə surəsində muahidlər haqqında qeyd olunur:

“Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardı.”
Muahid haqqında bir hədisdə peyğəmbərin dilindən belə nəql olunur:

“Kim bir muahidə zülm edər və gücünün üstündə olan bir yüklə yükləyərsə, axirət günü o şəxsə düşmənəm.”

Zimmi. “Zimmət” kökündən gələn zimmi sözünün mənası “himayədə olan” deməkdi. Zimmilər İslam dövlətində yaşayan və canları qorunan kafirlərə deyilir. Bunlar daha çox xristian və yəhudilərdi. Zimmi haqları İslam dövlətində olduqca güclü qorunur. Bir çox hədisdə bu məsələyə toxunulub.

Müharib – Mühariblər, adından da göründüyü kimi müharibə edən şəxslərə deyilir. Yəni, İslam torpaqlarına və ya müsəlmanlara hücum edən, onları öldürən, yurdundan çıxaran, yaxud da bunu edənlərə kömək edən şəxslərə müharib deyilir. Mühariblərin İslama görə hökmü ölümdü. Gördüyünüz kimi İslam heç də bütün ateistlərlə döyüşün, onları öldürün demir.

Ziya bəy, müsəlmanlar içində o cümlədən şiə firqəsində baş yarmaq, sinə vurmaq, qışqır-bağır ilə Aşura qeyd edilir. Bu hal insanlarda ikrah, nifrət yaradır. Belə göstəri nə dərəcədə doğrudu?
- Baş yarmaq məsələsinə toxunum. Buna “qəmə vurmaq” deyilir. Bu baş yaran alətin adıdı. Qeyd etdiyiniz hallar şiə toplumunda olsa da, heç də bütün şiələrə aid deyil. Alimlər, mücdehidlər arasında bu məsələ birmənalı qarşılanmır. Məsələn, ayətullahlardan Xamneyi, Məkarim Şirazi kimi nəhəng alimlər o cür Aşura qeyd etməyi haram buyurub. Mən özüm də Məkarim Şirazinin müqəllidiyəm. Eləcə də bu məsələni məkruhdu və halal hesab edənlər də var. Halal deyən mücdehidlər bir neçə hədisə dayanırlar. Belə ki, Kərbəla müsibətində Zeynəb (imam Hüseynin bacısı – A.İ) o qədər qəmlənir ki, başını dəmirə vurur. Həmçinin imam Sadiq əza məclislərinin birində başını divara vurması nəql edilir. Amma bunların heç biri “qəmə vurmağ”a əsas vermir. Yuxarıda qeyd etdiyim müctehidləri təqlid etdiyimdə “qəmə vurmağ”ı haram bilirəm. Bütün müsəlman qardaş- bacıları da bu əməldən çəkilməyə səsləyirəm. İmam Hüseyni yalnız müsibətiylə tanımamalıyıq. Onun əxlaqı, elmi, yaşam tərzi, niyə zülmə qarşı çıxması, şücaəti və digər üstünlükləriylə tanımalı, örnək götürməli, təbliğ etməliyik.
- Quranı öz həyat tərzlərinə uyğunlaşdıraraq İslamda hicab yoxdur, istədiyiniz kimi geyinmək olar, kəbinsiz-nikahsız cinsi əlaqə olar deyən “islahatçı ilahiyyatçı”lar haqqında nə deyərdiz?
- Quranın tərcüməsi, təfsirində iki cür metodika var: Hermeniflik və Postmodernist. Hermeniflik metod, hər hansı surə-ayənin mənası peyğəmbər zamanında necə başa düşülübsə, hədisdə necə keçibsə və peyğəmbər, səhabələr, imamlar necə yaşayıbsa o cür də əsas götürülür. Postmodernist metoda görə isə necə oxuyub başa düşmüsənsə doğrudu. Günümüzdə Elşad Miri və onun kimi digərləri bu metodla çıxış edirlər. Bu isə olduqca yalnış və xətadı.
- Sizə elə gəlmirmi ki, postmodernist quranilər islamofob, ekstremist ateistlərdən daha təhlükəlidi?
- Deməzdim. Çünki qurani alimləri içərisində Caner Taslaman, Emre Dorman və digər adlarını çəkmədiyim alimlər var. Hansı ki, sanballı əsərlər yazıblar. Yeganə fərqimiz odur ki, biz hədis qəbul edirik, onlar etmirlər. Onu da etiraf edim ki, qurani alimlər bizim bir çox hədis qəbul edən bəzi “dindar”larımızdan daha çox faydalı kitablar ortaya qoyub. Qaldı ki, yuxarıda qeyd etdiyiniz hicabsızlıq, zina icazəlidi deyən quranilərə, onlar çox böyük xətakardırlar. Zatən imanlı, elmli müsəlmanlar həmin şəxsləri ciddi qurani alimləri kimi qəbul etmir. Ümumən götürəndə bəzi xətakar quraniləri ekstremist ateistlərdən, islamofoblardan daha təhlükəli saymıram. Azərbaycanda səviyəli, intelektual ateistlər olduqca az olduğu kimi, elmli quranilərdə o qədərdi.
- İmperialist ABŞ, İngiltərə, Fransa, İsrail kimi dövlətlərin müsəlman ölkələrini işğal etməsi, müsəlmanları kütləvi qətl edilməsinə münasibətiniz?
- Təbii ki, pis! Bugün İraqda, Suriyada günahsız insanların qanını axıdan “İŞİD”-i İslamın bir parçası kimi təqdim etmək istəsələr də, pərdə arxasında həmin terror təşkilatına havadarlıq edənlərin ABŞ ilə İsraildi. Bunu bilmək üçün bir qədər soyuq başla düşünmək kifayətdi. Odur ki, adını çəkdiyiniz dövlətlərin müsəlmanların qanlarını axıtmaqdan həzz almasına qarşı bütün İslam coğrafiyası birləşməli, sünni, şiə, qurani və bütün firqələr vəhtəd edib, imperialist, islamofob, ateist toplumlara qarşı mübarizə aparmalıdı.
- Sonda müsəlmanlara nə demək istərdiniz?
-Müsəlman olan hər kəsə deyərdim ki, imanlı olsunlar, istər şəriəti, istər dünyavi sahələrdə daim elmlərini artırsınlar. Çünki tarixən müsəlmanların başına nə gəlibsə, imanlarının zəifləməsindən və cahilliklərindən qaynaqlanıb. Ateizmə tərəf yönəlməsinlər. Quranda deyildiyi kimi Allahın ipindən bərk yapışsınlar, peyğəmbəri, imamları daim
özlərin üçün örnək götürsünlər. Allah bütün müsəlmanları qorusun, kafirlərə hidayət etsin.

Söhbət etdi
ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.22347617149353