Azərbaycanın təşəbbüsləri hamı üçün faydalı olacaq

10:23 13-11-2023 | icon 1142
Azərbaycanın təşəbbüsləri hamı üçün faydalı olacaq

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin başçılarının Zirvə görüşündəki çıxışında sıx əməkdaşlığı ehtiva edən məsələlərə toxunulub. Ən öncə vurğulanıb ki, İƏT ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platformadır.

         Misal üçün, Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarının mühüm önəm daşıdığı, bu xüsusda Azərbaycanın regional nəqliyyat və tranzit dəhlizlərinin inkişaf etdirilməsi üçün görülən əhəmiyyətli işlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sözügedən istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məqsədilə Türkiyə, Qazaxıstan və Özbəkistan ilə birgə üçtərəfli platformalar təsis edilib. Azərbaycan, Türkiyə və Qazaxıstan arasında ötən ilin iyun ayında Bakıda keçirilən görüşdə qəbul olunan Bakı Bəyannaməsində nəzərdə tutulan Transxəzər (Orta Dəhliz) Bey­nəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə müvafiq qərarların icrası vəziyyəti yüksək dəyərləndirilib.

        İndi regionda rifah və quruculuq dövrü başlanmışdır və bu prosesdə İƏT dövlətlərinin əl-ələ verib birgə fəaliyyəıt göstərməsi şəksizdir. Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, dost dövlətlər yaxşı nümunə göstərdilər. Bundan əvvəl törədilən soyqırımlar, bir milyondan çox günahsız insanın doğma yurdundan didərgin düşməsi və mövcud işğal ilə Azərbaycan xalqına qarşı davam edən zülmlərin aradan qaldırılması heç bir vasitəçiliklə, diplomatik və siyasi danışıqlarla mümkün olmadı.

      Belə ki, regionun beynəlxalq statusunu artıran layihələr həyata keçirilir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.

       Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Qardaş Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür. İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır.

      Düşünürük ki, Azərbaycanın Qarabağ Zəfəri nəticəsində yaranmış mövcud vəziyyət, cəbhədə qazanılan tarixi Qələbə həm Azərbaycan, həm də İƏT-ə üzv ölkələr üçün bundan sonra çox faydalı olacaq.

Gülnar Əmrahova,

Cəlilabad rayon Komanlı bələdiyyəsinin sədri

 

 


Digər xəbərlər

0.32317590713501