Azərbaycan millisi İsveçə qarşı

18:50 16-11-2023 | icon 1101
Azərbaycan millisi İsveçə qarşı

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda növbəti oyununa çıxacaq.

Rəqib İsveç yığması olacaq. Bakıda - Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş  saat 21:00-da başlayacaq.

Bu oyunu qadın hakim idarə edəcək. Referi isveçrəli Ester Ştaubli olacaq.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.

Avro-2024, seçmə mərhələ, 9-cu tur

16 noyabr

21:00 Azərbaycan - İsveç

Baş hakim: Ester Ştaubli (İsveçrə)

Tofiq Bəhramov adına Respublika stadionu.


Digər xəbərlər

0.24853205680847