Tarixə qızıl hərflərlə yazılmış Kəlbəcər

14:03 23-11-2023 | icon 947
Tarixə qızıl hərflərlə yazılmış Kəlbəcər

         1990-сı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağrılı səhifələri olan birinci Qarabağ müharibəsi bizim üçün çoxlu qurbanlarla, itkilərlə həyatımıza yazılsa da, 2020-ci ilin sonları tariximizə qızıl hərflərlə həkk olunmuş, 44 günlük ikinci Qarabağ müharibəsində tarixi qələbəmizlə, torpaqlarımızın azad olunması ilə başa çatmışdır. Möhtərəm Prezidentimiz, şanlı ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın yaratdığı Dağlıq Qarabağ münaqişəsi tarixə çevrildi. Kəlbəcər bölgəsinin vətəndaşları da bu tarixi yaşadı və nəhayət ki azadlığa qovuşdu.

Tarixi fakt budur ki, 1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər qədim yaşayış məskənlərindən biridir. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Postmüharibə dövrünü müsbət qiymətləndirən İlham Əliyev bildirib ki, Azərbaycan həm müharibə, həm də postmüharibə dövründə istədiyinə nail olub. Prezident həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürünün olduğunu söyləyərək bildirdi ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki hələ tezdir. Kəlbəcərin gələcəyi irəlidədir və işıqlıdır.

İndi Kəlbəcərin Şəhər gününü qeyd edərkən bir daha görürük ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə səfərləri yenidənqurma və bərpa işlərinə birbaşa özünün nəzarət etdiyinin göstəricisidir. Cənab Prezident daim vurğulayır ki, torpaqların bərpası vüsətli xarakter almışdır və bu iş daha da sürətlənəcək.

Prezident İlham Əliyev rayona səfərlərindən görürük ki, torpaqların bərpası prosesi sürətlə gedir. Dağılmış bütün kəndlər bərpa ediləcək, azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Bütünlükdə Qarabağ kimi  Kəlbəcər rayonu da cənnətə çevriləcək. Artıq bütün göstərişlər verilib, bütün işlər görülür, insdanlar bundan sonra bu torpaqlarda əbədi yaşayacaq. Çünki Azərbaycan infrastruktur quruculuğu sahəsində ən öndə gedən ölkələrdəndir. Erməni işğalından azad olunmuş ərazilərdə dövlət başçımızın birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Bu cür addımlar atmaqla, ölkəmizin iqtisadi gücünü ortaya qoyaraq, bizimlə istər döyüş, istər iqtisadi, istərsə də diplomatik meydanlarda baş-başa gəlmək istəyən dövlətlərə qüdrətimizi göstərmiş olur.

Səməd Mustafayev,

Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.3068380355835