"Junior Club" ölkə qanunlarını pozaraq əhalini necə narahat edir? - FOTO

21:30 24-11-2023 | icon 1486

Hazırkı dövrdə ən çox yayılmış reklam formalarından biri kütləvi şəkildə göndərilən sms-reklamlardır. Çoxlarımız öz mobil nömrələrimizə dəfələrcə qısa nömrələrdən və hansısa şirkətlərdən fərqli mal və xidmətlər, kampaniyalar, endirimlər və digər mövzularda reklam xarakterli sms-ismarıclar alırıq.

Bəzən isə nömrələrimiz və digər məlumatlarımız mobil operatorlar və ya digər xidmət subyektləri tərəfindən sms-reklam yayan şirkətlərə, reklamvericilərə razılığımız olmadan qanunsuz olaraq ötürülür.

Belə şirkətlərdən biri də "Junior club" adlı mağazadırBelə ki, adıçəkilən mağaza öz xidmətini reklam etmək üçün ayrı -ayrı vətəndaşların istifadəsində olan özəl mobil nömrələrinə "WhatsApp" mobil tədbiqi vasitəsilə reklam xarakterli ismarıclar göndərir. Həm də axşam vaxtı - saat 19:33-də. İnsanların istirahət etdiyi bir vaxtda. 

Halbuki, abunəçinin yazılı müqavilə ilə verdiyi razılığı olmadıqda ona reklam sms-ləri göndərilə bilməz.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunları ilə SMS-reklamlar məhdudlaşdırılmışdır.

Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlana bilər.

İstehlakçıların hüquqları pozulur

 Yuxarıda qeyd edilən sms-reklamlar bəzi hallarda istehlakçı hüquqlarını da pozur.

 “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

 Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.

 Həmin qanunun 14-cü maddəsinə əsasən isə, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağan edilir.

 Habelə, satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir.

 Təcrübə göstərir ki, istehlakçılara göndərilən sms-reklamlarda verilən məlumatlar yarımçıq, qısa, çaşdırıcı, bəzi hallarda isə aldadıcı olur.

P.S. Ümid edirik ki, aidiyyati qurumlar məsələ ilə bağlı lazımi tədbirləri görəcəklər...

 


Digər xəbərlər

0.22817516326904