Naxçıvanda "Heydər Əliyev İli"nə həsr olunmuş yeniyetmələr arasında boks üzrə muxtar respublika birinciliyinin final görüşləri keçirilib

15:46 25-11-2023 | icon 924
Naxçıvanda 

İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli"nə həsr olunmuş yeniyetmələr arasında boks üzrə muxtar respublika birinciliyinin final görüşləri keçirilib.

2008-2009-cu il təvəllüdlü bokçuları əhatə edən yarışda 12 çəki dərəcəsi üzrə 60 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Üç gün davam edən birinciliyin sonunda ilk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıb.

 

Nəticələrə əsasən Kamal Məmmədov (44 kq), Musa Əliyev (46 kq), Mirkərim Seyidov (48 kq), Fikrət Abbasov (50 kq), Babək Babayev (52 kq), Ümid Məmmədov (54 kq), Haqverdi Həsənob (57 kq), Ruhin Səfərov (60 kq), Müzəffər Bəylərov (63 kq), Uğur Əliyev (66 kq), Nurlan Nəsirov (70 kq) və Turqay Abbasov (75 kq) öz çəki dərəcələrində birinciliyin qalibi olublar.  

 

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyasının birgə təşkil etdiyi yarış boksun regionda inkişafı, idmançıların döyüş təcrübəsinin artırılması, perspektivlilərin aşkara çıxarılması və yığma komandaya cəlbinə xidmət edir.


Digər xəbərlər

0.32069277763367