Azərbaycanlı erməniyə görə işdən çıxarılıb - BAKIDA
Ölkədəki maliyyə böhranı, demək olar ki, bütün sahələri iflic edib. Telekanallar da əlverişsiz iqtisadi mühitdən əziyyət çəkir. Son vaxtlar reallaşan ixtisarlar da mövcud durumun nəticəsidi. “CBC Sport”un xüsusən bu mənada ciddi problemlərlə üzləşdiyini və davamlı şəkildə ixtisarlar etdiyini bilirsiz.
Deyəsən, “İdman Azərbaycan” da bu siyasətə keçib. Belə ki, telekanalın ən çox tanınan şərhçilərindən biri Tərlan Şahinoğluyla yollar ayrılıb. Xüsusən İngiltərə çempionatının oyunlarını maraqlı şərh etməsiylə diqqətləri üzərinə çəkən həmkarımız bugünlərdə dövlət televiziyası ilə yolları ayırıb.
Görəsən, buna səbəb nədi? Təəssüf ki, Tərlan “İdman Azərbaycan”dan ayrılması ilə bağlı açıqlama vermək istəmədi. Onun “feysbuk” səhifəsində yazdıqları isə bu cümlələrdən ibarətdi: “Bu gün rəsmən bitdi... 6 il yarım ərzində şərhçi kimi işlədiyim məkandan ayrılmalı oldum. Bu müddət ərzində peşəmlə bağlı çox böyük təcrübə qazandım.
Bunda əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Amma bundan başqa, həm də dəyərli saydığım insanları və dostları tanıdım. Adlarını tək-tək çəkməyəcəm. Onlar özləri bilirlər. Hamısına cansağlığı və işlərində uğurlar arzulayıram. Nə isə... Uzatmaq istəmirəm. Uzun sözün qısası, mənim Az.TV macəram sona çatdı... Mən də daxil olmaqla, Allah hamının yolunu açıq eləsin və ürəyinə görə versin. İnşallah!”
İddialara görə, “Mançester Yunayted” azarkeşi olan Şahinoğlunun sosial şəbəkədə bu komandanın erməni futbolçusu Henrix Mxitaryanla bağlı fikir bildirməsi telekanal rəhbərliyinin xoşuna gəlməyib. Bundan sonra Tərlana uzun müddət heç bir oyunun şərhçiliyi tapşırılmayıb, nəticədə telekanaldan ayrılıb (Futbol+")
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...