"Topu və mərkəzi rəqibə verib geri çəkilmək uğursuz qərar idi" - Anar Xanlarov

08:44 02-12-2023 | icon 760

2 gün öncə "Qarabağ" səfərdə "Molde"nin qonağı oldu. Ağdam təmsilçisi oyuna yaxşı qoşulub erkən qol vursa da, fasilədən sonra zəif çıxışıyla diqqət çəkdi. "Köhlən atlar"ın heyətində Medinanın zədələnərək əvəzlənməsi oyun planını pozdu; müdafiədə boşluq yaratdı. Bundan istifadən edən norveçilər 5 dəqiqəyə 2 qol vurdular. Amma oyuna əlavə olunan dəqiqələrdə Bəhlul Mustafazadə komandasının xilaskarına çevrilməklə bərabərlik qolunu vura bildi.

"Azeripress.az" saytı olaraq idman jurnalisti, tənqidçi Anar Xanlarovun fikirlərini aldıq:

"Mənfi hərarət, süni örtük, qar və s. bütün bunlar oyunun çətin keçəcəyinin siqnalını vermişdi. Amma "Qarabağ" buna hazır getmişdi. Məsələ budur ki, oyunun ilk dəqiqələri, vəziyyətin bir çoxunun düşündüyü qədər də ağır olmadığını göstərdi. Şəxsən məni narahat edən əsas məsələ meydançanın buz bağlamaq təhlükəsi idi ki. bu amil komandamlza ciddi maneə yarada bilərdi. Şükür ki, belə bir hal olmadı. Süni meydança da "Qarabağ" üçün yad deyil, çünki bizim çempionatımızda da belə meydançalardan istifadə olunur. Təbii, "Mölde"nin təzyiqi var idi, hiss olunurdu ki, onlar oyunu hücumda keçirmək istyirlər, bunun üçün cəhd edəcəklər. Lakin "Qarabağ" bu istəyə, cəhdə qarşı çox soyuqqanlı, ağıllı oynadı, ilk hissədə gözəl bir hücumla hesabı da açdı. Həmin epizoddu Juninyo klub olaraq, futbolçuların fərdi keyfiyyət bacarığı olaraq, rəqibdən üstün olduğumuzu sübut etdi. Sadəcə olaraq, özümüzə problem yaratdıq. Bəlkə də Qurban Qurbanov düşündü ki, Medinanın zədələnməsi müdafiənin yükünü artıracaq, çünki  kolumbiyalı futbolçu həqiqətən arxada böyük iş görürdü. Bu baxımdan müdafiəyə diqqəti bir qədər artırmaq olardı. Amma anidən topu və mərkəzi rəqibə verib bütünlüklə geri çəkilmək, mənə görə uğursuz qərar idi. Bilirsiniz, "Qarabağ"ın öz dəsti-xətdi var və illərdi Avropada bu cür oynayır. Həmin dəsti-xətt də daha çox hücum modelindədi. "Qarabağ"ın Azərbaycan çempionluğundakı hegemonluğu, bütün oyunlara 1-ci nömrəylə oynamasl klubun ideologiyasını sanki avtomatik hücuma kodlaşdırıb. Qısası, "Qarabağ" müdafiə futbolu oynaya bilməz, istəsə də, bunu bacarmaz. Bu komandanın fəlsəfəsi hücum futbolu, topla daha çox oynamaq, topu özündə saxlamaqdı. Komanda nə vaxt ki, bundan imtian edir, dərhal acısını çəkir. Dəfələrlə bunun şahidi olmuşuq. Dünən də bunun acısını çəkəcəkdik. Yaxşı ki, hakimin artırdığl 7 dəqiqə və Bəhlulun vaxtı ilə uşaq futbolundan qalan hücumçu potensialı köməyimizə çatdı. Yeri gəlmişlən dünənki bərabərlik qolunu da məhz müdafiəçilər təşkil etdi. Bunun özü də bir daha "Qarabağ"ın hücum potensialından xəbər verir. Bir də bəziləri "Mölde"ni az qala "Barselona"ya çevirmişdilər, maraq üçün gedib kiçik araşdırma aparsalar görərlər ki, "Qarabağ"ın beynəlxalq oyun təcrüəsi "Mölde"dən iki dəfə çoxdur. Norveç təmsilçisi 1911-ci ildə yaranan klub olsa da, avrokuboklarda 130 oyun həddini bu mövsüm keçdi. "Qarabağ" "Mölde" ilə müqayisədə kifayət qədər cavan klub olsa da, avrokuboklarda keçirdiyi oyun sayı 170-i keçib. Yəni bizim komanda heç də rəqibdən zəif olmadığı halda, niyə onları özümüzdən qabağa buraxmalı və bunu normal qarşılamalıyıq? Bəziləri "Fəbərbağça"nın, "Beşiktaş"ın son məğlubiyyətlərindən sanki təskinlik tapır. Qalib ölkənin insanına yaraşmayan yanaşma. Adamlara deyən lazımdır ki, sən niyə "Fənərbağça"nın 6 qol buraxmasından təskinlik tapırsan? Bəlkə "Norşeland"ın 6 qol vurmasından motivasiya alasan?"

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.24674606323242