Bu gün AVR0-2024-ün final mərhələsinin püşkü atılacaq

10:18 02-12-2023 | icon 653
Bu gün AVR0-2024-ün final mərhələsinin püşkü atılacaq

Bu gün futbol üzrə 2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.

Tədbir Bakı vaxtı ilə saat 21:00-da Hamburqda keçiriləcək.

Püşkatmada 21 milli komanda iştirak edəcək. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

AVRO-2024 səbətlər

 
 

I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi

Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.


Digər xəbərlər

0.21826195716858