Unudulmaz tarix

17:15 08-12-2023 | icon 446
Unudulmaz tarix

2020-ci il 10 dekabr tarixində Vətən müharibəsində Azərbaycanın qələbəsi
şərəfinə Bakının Azadlıq Meydanında Zəfər paradı keçirilmişdir. Paradda yerli və
xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər
Ali Baş Komandanı İlham Əliyevbu tarixi tədbirə belə qiymət vermişdir: “Azadlıq
meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər
paradıdır. Bu, tarixi hadisədir.”
Qeyd edək ki, 27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni
bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi
altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər
yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi
yazdı. Azərbaycan işğal illərində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının
qətnamələrini yerinə yetirdi, beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni
reallıq yaratdı. Cənab Prezidentin dediyi kimi, “Biz yeni reallıq yaratdıq. Hər kəs bu
reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı”.
Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq
formatını yaratdı. Bu formatın həyata keçirilməsi nəticəsində indi həm regionda, həm
beynəlxalq arenada geosiyasi vəziyyət əvvəlkindən çox fərqlidir.
Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi
göstərilirdi və biz məqsədimizə nail olduq. Ali Baş Komandan başda olmaqla
müzəffər Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış
qələbələr diplomatik-siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi.
Bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə
atılmadan Azərbaycana qaytarıldı. Ermənistanın kapitulyasiyası ilə Qarabağ
münaqişəsinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu.
Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya isbat etdi. Xalqımız bu tarixi
qələbəni sevinclə qarşıladı.
Ölkənin iqtisadi qüdrəti qələbə üçün zəmin yaratdı. Azərbaycan inkişaf edərək
torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf
olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan
müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi
layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o
kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da
olmayacaqdı.
Azərbaycanın işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. 90-cı
illərdə müstəqillik əldə olandan sonra, həm xarici, həm də bəzi daxili qüvvələr
tərəfindən Azərbaycan xalqında ruh düşkünlüyü yaratmaq cəhdləri iflasa uğradı.
İctimai şüurda sağlam əhval-ruhiyyə baş qaldırdı. Vətəndaşların bir-birinə olan
münasibəti yeni səviyyəyə qədəm qoydu, Azərbaycan gəncində qələbə əzmini
artırdı.
Möhtəşəm Qələbə paradının keçirilməsi Azərbaycan tarixinin ən zəfərli, şanlı,
şöhrətli günləridir. Biz xoşbəxtik ki, Azərbaycan tarixinin məhz bu dövründə yaşamaq
bizə nəsib olub.

Simran Əlizadə,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Şiləvəngə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.23654794692993