“Azərbaycan qlobal iqlim aktını ardıcıl olaraq dəstəkləyir” - İlham Əliyev
“Azərbaycan qlobal iqlim aktını ardıcıl olaraq dəstəkləyir və enerji səmərəliliyi üzrə müxtəlif tədbirlər həyata keçirir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “X” hesabında bildirib.
“Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetlərimizdəndir. Azərbaycanda bərpa olunan enerji geniş vüsət alır. 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasına ev sahibliyi etmək, iqlim dəyişikliyinin öhdəsindən gəlmək üçün qlobal səylərə töhfə vermək bizim qətiyyətimizdən irəli gəlir. Azərbaycanın təklifinə dəyərli dəstəyə görə bütün ölkələrə səmimi təşəkkürümü bildirirəm. Biz COP29-u uğur hekayəsinə çevirmək üçün səylərimizi əsirgəməyəcəyik.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyana tədbirin gözəl təşkilinə görə təşəkkür edir və iqlimlə bağlı tədbirləri inkişaf etdirmək üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik”, – deyə dövlət başçısı bildirib.
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...
-
Prezident Japarovu Füzulidə qarşıladı - Fotolar
...
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...