Heydər Əliyev siyasətinin davamı

12:49 21-12-2023 | icon 464
Heydər Əliyev siyasətinin davamı

Bu gün Azərbaycan Respublikasına Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev başçılıq edir.Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Prezident cənab İlham Əliyev bütün dünya ölkələri tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. Bu gün Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.

Tarixə nəzər salsaq görərik ki,2003-cü il oktyabrın 31-də andiçmə mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdi: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır.Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 20 il Azərbaycanın inkişafı baxımından çox məsul və şərəfli dövr kimi tarixə həkk olunub. Bu müddətdə əldə edilən tarixi nailiyyətlər təsdiqləyir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin xalqa son müraciətində “Mən ona özüm qədər inanıram” sözlərinin ifadə etdiyi böyük etimadı yüksək səviyyədə doğruldub. Möhtərəm Prezident öz fəaliyyəti ilə qarşısında duran taleyüklü məsələləri həll etdi, o, fəaliyyətə başlayarkən seçicilərinin qarşısında verdiyi hər bir vədi bu gün artıq yerinə yetirib.İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, bu sahədə müxtəlif layihələrin hazırlanmasında fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Prezident cənab İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmləndirib, ölkəmizin dostlarının sayı çoxalıb. Xarici siyasətdə dostluq və qarşılıqlı etimad prinsiplərinə söykənən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bu özünü ölkəmizin BMT təhlükəsizlik şurasının qeyri daimi üzvü seçilməsində, qarşıdakı illərdə 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsində də göstərdi. Prezident cənab İlham Əliyev Azərbaycanı Avropanın enerji təhlükəsizliyində mühüm faktora çevirib. Ölkəmiz artıq Cənub Qaz Dəhlizi və TANAP layihəsinin icrasında aparıcı ölkədir. Azəri, Çıraq və Günəşli yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin imzalanması isə Azəbaycanın bu dünya enerji sənayesində həlledici faktor olduğunu bir daha təsdiqləyir.

Hakimiyyətə gəldiyi ilk gündən Prezident İlham Əliyevin əsas amalı ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi və Azərbaycan xalqının dünya siyasi tarixində məğlub yox, qalib xalq kimi yazılması olub. Cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.19 sentyabr 2023-cü ildə keçirilən lokal tipli antiterror əməliyyatı nəticəsində isə Azərbaycan Respublikası öz suverenliyini təmin etdi.Ali Baş Komandan cənab İlham Əliyevin adı tarixə Qalib Sərkərdə kimi həkk oldu.Bu gün qürurla deyə bilirik ki, işğaldan azad olunan bütün torpaqlarımızda Şanlı Azərbaycan bayrağı dalğalanır.

Bizim dövlətimiz regionda lider olan ölkədir. Bizim iqtisadiyyatımız, güclü ordumuz, qüdrətli və ən nəhayət güclü liderimiz var. Azərbaycan xalq bundan sonra da təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə dəstək verərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcək, yeni hədəf və nailiyyətərə doğru irəliləyəcəkdir.

Yusif Əhədov,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

 

 


Digər xəbərlər

0.22740411758423