Sabit vətəndaş həmrəyliyi İlham Əliyevin siyasətinin bəhrəsidir

20:06 21-12-2023 | icon 391
Sabit vətəndaş həmrəyliyi İlham Əliyevin siyasətinin bəhrəsidir

Prezident İlham Əliyev siyasi hakimiyyətinin ilk günündən ardıcıl surətdə vətəndaş həmrəyliyini möhkəmləndirmək siyasəti yeridib, cəmiyyətdə qarşıdurmanın, gərginliyin, soyuq münasibətlərin qəti əleyhdarıdır, Azərbaycanın parlaq gələcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə çalışıb. O, demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi.

         İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı şəkildə keçirilən görüşlər demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübədir. Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi ölkədaxili siyasi mühitdə növbəti mərhələnin başlanğıcını göstərmişdir. Siyasi dialoqun qurulması istiqamətində əldə olunmuş uğurlar bundan sonra da bu prosesin effektiv davam etdiriləcəyindən xəbər verir.

        Ötən illər ərzində dövlət başçısının dəfələrlə verdiyi əfv fərmanları nəticəsində çoxsaylı vətəndaşlarımızın cəzaçəkmə müəssisələrindən azadlığa buraxılması buna parlaq sübutdur. Xalqımız ölkə başçısının bu humanist addımlarını böyük razılıq və sevinclə qarşılayır. Prezident İlham Əliyevin əfv fərmanları, eyni zamanda, sadəcə humanizm və mərhəmət aktları olaraq qalmayıb, cəmiyyətimizin mənəvi-siyasi iqliminə də çox ciddi təsir göstərmiş, vətəndaş həmrəyliyinin daha da güclənməsinə, ölkədə ümumi bir insani istiləşməyə səbəb olmuşdur. Ən başlıcası isə budur ki, xalqımızın öz dövlətinə məhəbbəti, ölkə başçısına inamı daha da artmışdır.

Bizdə milli həmrəyliyin inkişafına xidmət edən demokratik təcrübə var. Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərin imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir. 10 siyasi partiyanın VI çağırış Milli Məclisdə təmsil olunması bilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür.

Əziz və dəyərli Prezident! Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.Sizə və dəyərli ailənizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Vüqar Cavadov,

Cəlilabad rayonu üzrə Gənclər və İdman sektorunun müdiri

 


Digər xəbərlər

0.22772288322449