Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var

12:04 23-12-2023 | icon 1243
Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var

Xankəndində əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlətimizin başçısı qeyd edib ki, ilk dəfədir
işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan
xalqını ürəkdən təbrik edirəm. Daha sonra Dövlət başçısı futbol matçının Xankəndidə
keçirilməsinin çox böyük mənası olduğunu vurğulayaraq qeyd etmişdir ki, Xankəndi qədim
Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan
sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları
tərəfindən böyük şəhər yaradılmışdır. Məlumat üçün nəzərinizə çatdırım ki, Xankəndi digər
Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv
sənədlərinə görə şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan
dövlətlərindən biri olan  Qarabağ xanlığı  başçılarının, xanların istirahəti üçün yaşayış
məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən
xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində
salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə,  Ağdama,  Xocalıya, 
Malıbəyliyə,  Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Belə ki, yeni
yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar
yaşayırdı. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından
el arasında "Xanın kəndi" kimi tanınır. Lakin qısa bir müddətdən sonra qəsəbə Xankəndi
adını alır. İşğalda olarkən torpaqların
böyük hissəsi üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad
edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Təxminən üç ay
bundan əvvəl sentyabr ayının 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə
rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də isə Ali baş komandanımızın və
qüdrətli ordumuzun sayləri nəticəsində bütün bu şəhərlərdə Azərbaycan bayrağı ucaldıldı.
Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında zəfər paradı keçirildi. Bu gün isə bu gözəl
idman bayramını bütün Azərbaycan xalqı qeyd edir.
Nicat Mütəllimov
Saatlı Mərkəzi Rayon Xəstəxanasının əməkdaşı


Digər xəbərlər

0.30539703369141