Ölkəmizin etibarlı strateji tərəfdaş imici

10:47 25-12-2023 | icon 539
Ölkəmizin etibarlı strateji tərəfdaş imici

Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev nəinki Azərbaycanın ona etibar edilmiş müsbət imicin qoruyub saxladı, həm də onu kifayət qədər yaxşılaşdırmağı bacardı. Artıq ölkəmiz yalnız sosial-iqtisadi sahələrdə deyil, həm də siyasi və hərbi-təhlükəsizlik sahələrində həyat keçirdiyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahəsində də özünü etibarlı bir tərəfdaş kimi qəbul elətdirib. Çünki Azərbaycan əməkdaşlıq etdiyi tərəfdaşları ilə bərabərhüquqlu, hər iki tərəfin iqtisadi və siyasi maraqlarının gözlənilməsi və üzərinə götürdüyü öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi siyasətini həyata keçirməklə beynəlxalq siyasi arenada özünü, güvənilə bilən bir ölkə kimi təqdim etməyi bacardı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətin xarsi siyasət kursunda öhdəliklərin yerinə yetirilməsi sahəsində həmişə ardıcıl və səmimi olmuşdur. Ölkə başçısı tez-tez öz çıxışlarında vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunur və bu siyasət barədə ətraflı məlumat verir. Cəmiyyətə çatdırıla bilməsinin mümkünlüyü səviyyəsində xarici siyasət barədə ölkə başçısı həmişə həm xalqı ilə, həm də tərəfdaşları ilə açıq və səmimi olub.

    Ölkəmiz uzun müddət ərazi bütövlüyünün bərpasında əziyyət çəkdiyinə görə, istər BMT-də, istərsə də digər beynəlxalq təşkillatlardakı səsvermələr zamanı həmişə Ukraynanın, Moldovanın və Gürcüstanın ərazi bütövlüyünü qoryan bir ölkə kimi səs verib. Eyni zamanda həmin ölkələrdə həmişə Azərbaycanın ərazi bütölüyünü dəsəkləyiblər. Hər cür beynəlxalq və regional siyasi təzyiqlərə və təhdidlərə baxmayaraq ölkəmiz öz imicini qoruyub, saxlamağı bacarmışdır.

Azərbaycanın yürütdüyü uğurlu və uzaqgörən xarici və daxili siyasəti, onu Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider bir dövlətinə çevirmişdir. Ölkəmiz ötən əsrin sonlarından etibarən iştirak etdiy bütün beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat, infrastruktur, logistika və digər layihələrin hamısını uğurla başa çatdırmışdır. Məhz bu xüsusiyyət ölkəmizi dünya, Avropa və qonşu ölkələr üçün qaz ilə təchiz edən etibarlı ölkəyə çevrmişdir. Azərbaycan artıq nəinki özünü elektrik enerjisi ilə təmin edir, həm də onu xarici ölkələrə ixrac etməklə böyük vəsait qazanır.

    Yanvarın 11-də imzalanmış üçtərəfli bəyənatın şərtlərinə görə açılacaq Zəngəzur dəhlizi Xəzər və Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərindən xəbər verir. Ölkəmiz yüz ildən çox ayrı qaldığı Naxçıvanla birləşməklə bərabər, həm də qardaş Türkiyə ilə birləşəcək. Azərbaycanın proqnozlaşdırdığı və həyata keçirmək istədiyi strateji iqtisadi, siyasi, təhlükəsizlik məsələləri sahəsimdəki layihələri ölkəmizə yeni nailiyyətlər və uğurlar gətirəcəkdir.

Nicat Mütəllimov

Saatlı rayon Mərkəzi Xəstəxanasının əməkdaşı

 

 


Digər xəbərlər

0.27799010276794