Faiq Qarayev yenə voleybol yığmamızın baş məşqçisi oldu

17:24 27-12-2023 | icon 384
Faiq Qarayev yenə voleybol yığmamızın baş məşqçisi oldu

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan yığmasına baş məşqçi təyinatı rəsmiləşib. 

Bu barədə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov məlumat verib. O bildirib ki, bu posta Faiq Qarayev təyin edilib. 

Daha sonra Faiq Qarayev təyinatı barədə danışıb: “Gələn il voleybolda keçirdiyim 40-cı il olacaq. Bir insan yeni vəzifəyə gələndə özünə sual verir ki, məqsədim nədir? Voleybolda bir az durğunluq var və bunun da səbəbləri mövcuddur. Bizim voleybol daim yüksəkdə olub, Avropa və dünya çempionatlarında iştirak edib. Məni görənlər soruşur ki, nə zaman voleybolda uğur olacaq? Bunun üçün potensialımız var. Düzgün iş qurmalıyıq, sistem yaratmalıyıq”.

F. Qarayev həmçinin əvvəlki anları, adrenalini yaşamaq istəyini vurğulayıb: “Mənim yadımdadır ki, 2000-ci illərdə bu işə başlayanda Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri kimi məndən soruşdu ki, yaxşı işə başlamaq üçün nə lazımdır? Topumuz da yox idi, zalımız da yox idi. Bütün şəraiti yaratdı. Baş məşqçi də gələ bilərdi. Amma düşündüm ki, yaxşı məşqçi korpusumuz var və düzgün işlər görəcəyik. Yadımdadır ki, əvvəllər zallar necə dolurdu. Həmin anları, adrenalini yenə yaşamaq istəyirəm”.


Digər xəbərlər

0.29535698890686