Nazir maddi problemlə üzləşən klublardan danışdı

17:25 27-12-2023 | icon 288
Nazir maddi problemlə üzləşən klublardan danışdı

Gənclər və idman naziri Fərid Qayıbov “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol klublarının maddi problemlərlə üzləşməsi ilə bağlı fikirlərini bildirib.

Nazir bu barədə bu gün keçirilən tədbirdə danışıb.

 
 

O, sponsorların bu cür klublara sahib çıxması üçün işlər apardıqlarını bildirib: “Müəyyən işlər görürük. Bunun üzərində çox düşünürük. Vəziyyət bizim istədiyimiz kimi deyil. Reallıqlar var və biz bunlarla barışmalıyıq. O klublar özəldirlər. İstəməzdik ki, bağlansın. İnsanların əməyi var. Klubların dağılması idmanımız üçün yaxşı hal deyil”.


Digər xəbərlər

0.22351312637329