Uğurların bol olsun, Vətən!

11:28 05-01-2024 | icon 433
Uğurların bol olsun, Vətən!

        Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı 2023-ci ilin də ölkəmiz üçün uğurlu olduğunu, qarşıda duran bütün vəzifələrin icra edildiyini, Azərbaycanın daha da gücləndiyini bildirib. Müraciətdə deyildiyi kimi,  həmrəylik günü dünya azərbaycanlılarının birləşmək istəyinin simvoludur.
Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində
sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində
azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa cəhd idi. 31 dekabr Həmrəylik günü bu birləşmək istəyinin
simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

        Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin
genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham
Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir, hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin siyasi iradəsi  ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə böyük töhfə verir. 

         Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına
çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə
yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında -
Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz
doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram
içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər
qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl Ağalı
kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü sayəsində Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il
Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir.

         Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dekabr ayında
dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında
bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər – COP 29 gələn il Azərbaycanda
keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və
rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir.

     
       Xeyrulla Şahbazov,

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi Cəlilabad Nümayəndəliyinin əməkdaşı


Digər xəbərlər

0.19935607910156