Müasir Azərbaycan tarixinin uğurlu illəri

11:12 07-01-2024 | icon 1366
Müasir Azərbaycan tarixinin uğurlu illəri

2023-cü il ölkəmizin həyatında bir çox önəmli hadisələrlə yadda qalmışdır. Belə ki, dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır;

2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatı ən yaddaqalan və tariximizə qızıl hərflə yazılan yeni bir səhifə olmuşdur. Bu əməliyyat nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmiş, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüş və ərazi bütövlüyümüz tam şəkildə bərpas edilmişdir.

  2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Həmin zaman qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmamış, əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirilir və bizə qarşı mina terroru davam etdirilirdi;

Dövlət rəhbərimiz tərəfindən dəfələrlə Ermənistan rəhbərliyi və onun arxasında dayanmış Qərb ölkələri xəbərdarlıq edilmişdi ki,separatçı rejim özünü buraxmalı,Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalı,əks təqdirdə biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik.

          Onlar bizi dinləmədi və sentyabrın 19-da başlamış və cəmi bir gündən də az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır.

 Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişdir. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qanı yerdə qalmamış, onların qisası döyüş meydanında alınmışdır.

 Baş vermiş bu tarixi hadisərə görə hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz və edə bilməyəcək.

Qarabağ və Şərqi Zəngəzur bu gün böyük bir tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır.Bu torpaqlarda Dövlət bayramlarımızı böyük təntənə il. qeyd edilmişdir.

2024-cü ildə də bərpa işləri davam edəcək və bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar öz evlərinə qayıdacaqlar. Əminik ki, bu işlər son qaçqın öz evinə qayıdanadəki davam edəcəkdir.

Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.

Mövlud Cəlilov

Saatlı rayon Günəşli kənd ümumi orta məktəbin direktoru

 

 


Digər xəbərlər

0.23539590835571