FIFA Bakıda turnir keçirəcək: Bolqarıstan, Tanzaniya və Monqolustan milliləri Azərbaycana gələcək

09:42 12-01-2024 | icon 1223
FIFA Bakıda turnir keçirəcək: Bolqarıstan, Tanzaniya və Monqolustan milliləri Azərbaycana gələcək

FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək.

Bu barədə AFFA-dan məlumat verilib.

Bildirilib ki, ali futbol qurumunun layihəsinə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan yığmaların iştirakı ilə mini turnir təşkil olunacaq. Dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin martda Bakıda keçirilməsi nəzərdə tutulub.

Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq yarış barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.

AFFA FIFA-nın yeni layihəsini dəstəkləyir və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edir.(report)


Digər xəbərlər

0.28668403625488