Seymur Məmmədov Azərbaycan Bilyard Federasiyasının yeni prezidenti seçilib

12:17 12-01-2024 | icon 1359
Seymur Məmmədov Azərbaycan Bilyard Federasiyasının yeni prezidenti seçilib

Azərbaycan Bilyard Federasiyasının yeni prezidenti Seymur Məmmədov ölkədə bu idman növünün inkişafında yeni zirvələr vəd edərək vəzifəsinin icrasına başlayıb.

Bu gün Azərbaycan Bilyard Federasiyasının (ABF) idarə heyətinin iclası keçirilib.

Seymur Məmmədovun Federasiyanın prezidenti vəzifəsinə seçilib.

Azərbaycanda bilyard idmanının təşkili və inkişafı sahəsində uzun illər təcrübəsi olan Seymur Məmmədov bu gün öz vəzifəsinin icrasına başlayır.

ABF-nın prezidenti kimi ilk bəyanatında cənab Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib və həmçinin Azərbaycanda bilyardın yeni səviyyəyə yüksəldilməsi əzmində olduğunu vurğulayıb:

“Bilyard təkcə idman deyil, bu, həyat tərzidir və mən çalışıram ki, bu idmanı hər bir Azərbaycanlı üçün əlçatan edək. Biz istedadın inkişafı üçün şərait yaratmaq, idmançılarımızı dəstəkləmək, idmanın inkişafına təkan verəcək tədbirlər həyata keçirəcəyik".

Seymur Məmmədov həmçinin Azərbaycanın dünya bilyard ictimaiyyətində nüfuzunun yüksəldilməsi məqsədilə bilyard idmanı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək və müxtəlif yarışlarda iştirak etmək niyyətində olduğunu bildirib.


Digər xəbərlər

0.24477195739746