Söhrab Cabbarov: "Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb"

17:51 12-01-2024 | icon 1021
Söhrab Cabbarov:

Bu gün Bakıda müxtəlif biznes assosiasiyalarının nümayəndələri, sənaye, tikinti, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, sığorta, turizm, tekstil və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının, startapçıların təşəbbüsü ilə “Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçirilib.

Konfransda son 20 ildə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərə və əldə olunmuş uğurlara həsr edilmiş film nümayiş olunub.

Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda sahibkarlığın formalaşdırılması istiqamətində əvəzsiz işlər görülüb. Hazırda bu sahə cənab Prezidentin rəhbərliyi ilə qlobal çağırışlara uyğun şəkildə daha da inkişaf edir. Aparılan islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün güclənir, etibarlı tərəfdaş kimi dünya səviyyəsində nüfuzu artır. Vətən müharibəsində qazanılmış Zəfərlə ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda biznesin dirçəldilməsi üçün geniş imkanlar var. Sahibkarlar dövlətin dəstək mexanizmləri, onlara verilən güzəştlər və stimullardan yararlanırlar.

Konfransla bağlı Azeripress.az-a açıqlama verən "Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb:

"Artıq dövlət-sahibkar münasibətləri daha da genişlənir, iri şəhərlərlə yanaşı regionlarda da sahibkarlıq güclənir. Azərbaycan sahibkarları xarici ölkələrdə də bir sıra layihələr icra edir. Dövlət dəstəyi tədbirləri, qabaqcıl təcrübəyə əsaslanan yeni qanunların qəbulu özəl bölmənin iqtisadi inkişafa töhfəsini artırır. Bu gün dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində innovativ və prioritet layihələrin icrası iqtisadiyyatda səmərəliliyi yüksəldir.

Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub.

 

Biz də öz növbəmizdə 2008-ci ildən “NUR” çörək(zavod çörəyi) əmtəə nişanı altında istehlakçılara keyfiyyətli və gigiyenik məhsul təqdim edirik. Zavodumuz standartlara uyğun inşa edilib və ən müasir çörək bişirmə sobaları ilə təchiz olunub. Bu da öz növbəsində çörəyin tam standartlara uyğun bişirlməsini təmin edir. Zavoda Moskva və Kiyevdə qida sənayəsi üzrə təhsil almış təcrübəli mütəxəssislər cəlb olunmuşdur. Çörəyin hazırlanma və bişmə prosesi respublikada analoqu olmayan unikal italyan resepti BİGA (opara) əsasında aparılır. BİGA (opara) resepti ilə istehsal olunmuş çörəyin tərkibində faydalı turşular və vitaminlər təbii halda yaranır. 2010-cu ildən etibarən respublikada ilk olaraq çörəyin kağız paketlərlə qablaşdırılması həyata keçirilməkdədir. Bu da öz növbəsində çörəyin təravətli qalmasını təmin edir və gigiyena standartlarına cavab verir. Müəssisəmiz fəaliyyətində kollektiv iş prinsipinə əsaslanır" - deyə Söhrab Cabbarov bildirib. 


Digər xəbərlər

0.27771902084351