Afrika Millətlər Kuboku başlayır

15:39 13-01-2024 | icon 1128
Afrika Millətlər Kuboku başlayır

Bu gün Afrika Millətlər Kuboku start götürür.

Afrika Futbol Konfederasiyası tərəfindən təşkil olunan 34-cü turnir Fil Dişi Sahilində baş tutacaq.

Yarış 13 yanvar - 11 fevral tarixləri arasında keçiriləcək. Afrika Millətlər Kubokunda 24 komanda 6 qrupda mübarizə aparır.
Turnirin son qalibi Seneqal milli komandasıdır.

Qeyd edək ki, yarışda Azərbaycan Premyer Liqasından Kabo-Verde yığmasında çıxış edən “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade iştirak edir.


Digər xəbərlər

0.21893501281738