Qubanın icra başçısı: “Bu, rayonda idmanın inkişafına daha böyük tövhə verəcək”

21:45 15-01-2024 | icon 1623
Qubanın icra başçısı: “Bu, rayonda idmanın inkişafına daha böyük tövhə verəcək”

“Bu gün Quba üçün əlamətdar gündür”.

Bunu Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov jurnalistlərə açıqlamasında deyib.

O, Qubanın “İdman Paytaxtı” seçilməsi ilə bağlı fikirlərini açıqlayıb. İcra başçısı bildirib ki, bu addım rayonda idmanın inkişafına böyük təkan verəcək: “Bu münasibətlə qubalıları təbrik edirəm. Ümid edirəm ki, bu, Qubada idmanın inkişafına daha böyük tövhə verəcək. Çünki bu il Qubada 8 mindən artıq gəncimiz idmanla məşğul olur. Onlar arasında yüksək naliyyətlər əldə edənlər də var. İnanırıq ki, bu il naliyyətlərimiz daha da çox olacaq. Bütün federasiyaların burada yarışlar keçirməsi nəzərdə tutulub”.


Digər xəbərlər

0.28024697303772