DTX-nin əməkdaşları Şəhidlər xiyabanında - Fotolar

15:03 20-01-2024 | icon 293
DTX-nin əməkdaşları Şəhidlər xiyabanında - Fotolar

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər. 

Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə anıb, məzarları üzərinə qərənfillər düzüblər. 

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. 

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub. 

 

 





Digər xəbərlər

0.22374415397644