“Qarabağ” “Araz-Naxçıvan”a qarşı

13:48 23-01-2024 | icon 232
“Qarabağ” “Araz-Naxçıvan”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq. Son gündə 2 görüş baş tutacaq.

“Qəbələ” doğma meydanda “Sumqayıt”ı sınağa çəkəcək.

Turun qapanış matçında isə lider “Qarabağ” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.

Daha öncə “Sabah” – “Neftçi” və “Səbail” – “Zirə” matçları qolsuz bitib, “Kəpəz” “Turan Tovuz”a qalib gəlib – 2:1.

Azərbaycan Premyer Liqası
19-cu tur
23 yanvar

“Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
Qəbələ şəhər stadionu, 16:30.

“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


Digər xəbərlər

0.21171092987061