İlqar Mahmudov Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib

15:53 24-01-2024 | icon 241
İlqar Mahmudov Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib

23 yanvar 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Talabıqışlaq kənd inzibati ərazi dairəsi üzrə  vətəndaşların səyyar qəbulunu keçirmişdir.

Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Polis şöbəsinin rəis müavini, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər xatirə kompleksinin və Talabıqışlaq kənd tam orta məktəbinin girişində qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Heybətov Firuz Xudabaxış oğlunun büstünün önünə gül dəstələri düzmüşlər.


Digər xəbərlər

0.24706220626831