Səttar Möhbalıyev: “AŞPA-nın fəaliyyəti insan hüquqları ilə uzlaşmır”

18:48 24-01-2024 | icon 169
Səttar Möhbalıyev: “AŞPA-nın fəaliyyəti insan hüquqları ilə uzlaşmır”

“Avropa Şurası Parlament Assambleyası (AŞPA) da Azərbaycanın separatizmin
kökünü kəsməsindən, işğalı aradan qaldırmasından, ölkənin bütün ərazisində
dövlət suverenliyini təmin etməsindən, yurdundan qovulmuş bir milyondan artıq
insanın hüquqlarının bərpasından narahatlıq keçirərək yaman əl-ayağa düşüb. Bu
dəfə isə Azərbaycanın səsini dondurmaq kimi mənasız və çirkin təşəbbüslə çıxış
edirlər. Görünən odur ki, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bir çox
ölkələrin və təşkilatların insan hüquqları, demokratiya adı altında arxasında
gizləndiyi pərdə düşməyə başlayıb və əsl simaları üzə çıxır. Guya, bu təşkilat insan
hüquqlarının müdafiəsi ilə məşğuldur. Davam edən 30 ilə yaxın münaqişə
dövründə Azərbaycan dəfələrlə Ermənistan işğal siyasəti, sakinlərin öz
yurdlarından qovulması ilə bağlı dəfələrlə məsələ qaldırmışdı. Amma digər
təşkilatlar kimi, bir milyondan artıq məcburi köçkünün tapdanmış hüquqları
AŞPA-nı da heç maraqlandırmadı. Bir dəfə də olsun səsini çıxarmadı. Hər şeyi
atdılar səmərəsiz fəaliyyəti ilə tarixin arxivinə keçən ATƏT-in Minsk qrupunun
üzərinə. Və beləcə vaxtı uzadaraq hesab edirdilər ki, Azərbaycan baş verənlərlə
razılaşacaq”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, AŞPA-nın fəaliyyətini incələdikcə açıq məlum olur ki, bu
təşkilat əsas funksiyası elan etdiyi insan hüquqları ilə heç vaxt məşğul olmayıb,
yalnız bu prinsipdən siyasi alət kimi istifadə edib: “Qurumun Azərbaycana qarşı
bugünkü mövqeyi də siyasi məqsədlərlə ortaya atılıb. Həmçinin bu gün AŞPA-nın
kimlərin əlində siyasi oyuncağa çevrildiyi, hansı maraqlara xidmət etdiyi heç kimə

sirr deyil. Həm AŞPA-ya, həm də Avropa İttifaqı, Avropa Parlamenti, Avropa
Şurası və digər bu kimi təşkilatlara məlum olsun ki, istəsələr də, istəməsələr də
Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqları qəbul etməyə məcbur olacaqlar.
Azərbaycan haqq və ədalətə söykənən tam müstəqil siyasət həyata keçirir. Onların
Azərbaycan əleyhinə səsləndirdikləri boş fikirlərin, irəli sürdükləri yersiz
təşəbbüslərin, qəbul etdikləri mənasız qərarların heç bir nəticəsi olmayacaq. Necə
ki, AŞPA-dakı müzakirələr zamanı britaniyalı deputat İan Liddel-Granger də bunu
dilə gətirdi və bildirdi ki, bu addımın müsbət nəticəsi olmayacaq və səhv qərardır”.

Milli Məclisin deputatı qeyd edib ki, AŞPA və digər eyni mövqedə olan təşkilatlar
və dövlətlər Azərbaycanın regional və qlobal əhəmiyyətini dərk etməlidirlər:
“Anlamalıdırlar ki, Azərbaycan onlara daha çox lazımdır. Əks təqdirdə, heç bir
sonrakı peşmançılıq fayda verməyəcək”.


Digər xəbərlər

0.27569103240967