“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video

12:51 27-01-2024 | icon 676
“Təhminə”nin üç paltarına 3 min dollar vermişdim” - Rəsul Quliyev - Video

Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev “Təhminə” filminin çəkilişlərində yaşanan maraqlı anlarla bağlı xatirələrini bölüşüb.

Filmdə adı prodüser kimi keçən eks-spiker bu barədə Musavat TV-yə danışıb. O, filmin bütün maliyyəsini özünün qarşıladığını açıqlayıb.

R. Quliyev Təhminə rolunu canlandıran türkiyəli aktrisa Meral Konratı Fəxrəddin Manafovla çəkilməyə özünün razı saldığını deyib:

 “Rasim Ocaqov “Zaur” obrazı üçün aktyor axtarırdı. Mənə dedi ki, Fəxrəddin Manafovu bu rola çəkmək istəyir. Dedim, a kişi, sən nə danışırsan?! Təhminə ondan uzundur. O dedi ki, sən narahat olma, biz onu bilirik, ayağının altına bir kərpic qoyacağıq, düzələcək. Dedim, özün bilərsən, məncə, Fəxrəddin artist kimi yaxşıdır, amma onu nəzərə almaq lazımdır.

 
 

Rasim Ocaqov Leninqraddan suriyalı tapdı. Şəklini mənə göstərəndə dedim, hə, bunun boyu da yaxşıdır, yarayır. Bunu çəkdi. Sonra günlərin bir günü mənə zəng edib dedi ki, suriyalını qovmaq istəyir. Dedim, niyə qovmaq istəyirsən, nə vaxtdır, çəkilişlər gedir. Dedi ki, Meralla onların arasında məhəbbət yaranıb və bu, çəkilişə mane olur. Meral isə buna razılıq verməyib, deyib ki, belə olsa, filmdə oynamayacaq. Meralla danışıb razı salmağımı xahiş etdi. Onunla da görüşdüm və dilə tutmağa çalışdım. Meral bildirdi ki, öpüş səhnəsinə 10-15 dəfə təkrar çəkilib və artıq eyni səhnələri çəkmək istəmir. Dedim, Rasim müəllimdən xahiş edəcəyəm, həmin səhnə 2 dəfə çəkilsin. O, bununla razılaşdı. Rasim Ocaqov da filmin yarısını tamamlamasına baxmayaraq, yenidən Fəxrəddini həmin obraz üçün çağırdı”.

R. Quliyev, həmçinin M. Konrata Türkiyədən geyimlər aldığını bildirib: “Mən İstabula işlə əlaqədar gedirdim. Rasim Ocaqov dedi ki, bəlkə, orada mağazalardan Təhminə üçün paltar alasınız? Meral məni brend paltarlar olan yerə apardı, 3 bahalı paltar seçdi, pulunu verdim. Filmin maliyyəsi mənə aid idi. O maliyyəni mən ödəməsəydim, film indi də yox idi. O 3 paltar 3 min dollar tutdu…”

Həmin görüntüləri təqdim edirik

 

 



Digər xəbərlər

0.26141786575317