Keyfiyyətli təhsil olmadan heç bir ölkənin gələcəyi ola bilməz

18:23 06-02-2024 | icon 1009
Keyfiyyətli təhsil olmadan heç bir ölkənin gələcəyi ola bilməz

Dünyada ilk dəfə uşaqlara pulsuz təhsil verən şəxs qədim Çin filosofu və pedaqoqu Konfutsi olmuşdu. "Ju tszya" fəlsəfə məktəbinin yaradıcısı olan bu müdrik insan Çinin 4 bir tərəfindən gələn hər kəsi qəbul edib onlara pulsuz dərs deyirdi.

Sovet hökuməti insanlara nəinki pulsuz dərs verdi, hətta savadsız bir ölkənin dünyanın aparıcı dövlətinə çevrilməsi üçün hər şeyi etdi. Sovet ordusu faşist Almaniyasını məğlub edəndə, əsir götürülmüş düşmən generallarını sorğu-sual edəndə onlardan bəzilərinin verdiyi qiymət hər kəsi təəccübləndirdi. Belə ki, III Reyxin ali zabit mundiri geyinənlərin bəzilərinin etirafı çoxlarını heyran etmişdi. Feldmarşallar, generallar müharibəni təkcə sovet zabitinə, əsgərinə yox, hər şeydən əvvəl sovet müəlliminə, sovet həkiminə, mühəndisinə, aliminə uduzduqlarını deyirdilər. “SSRİ-in müharibədən əvvəlki on ildə belə cəsur, ağıllı, savadlı əsgər və zabit yetişdirəcəyinizi ağlımıza belə gətirmirdik” ifadəsini nasistlər etiraf etmişdi.

Sorbonnada, Oksford, Harvard və dünyanın digər aparıcı universitetlərinin çoxlu alimləri qeyd edirlərdilər ki, sovet məktəbi insanlara ən yaxşı təhsil verirdi.

Təəssüflər olsun ki, hazırkı təhsil ocaqlarımız “Soros”lara təslim oldu, orta və ali məktəblərimiz demək olar məhv olub.

Nəzərinizə çatdırım ki, yaşadığımız geosiyasi vəziyyət bir çox cəhətdən 30-cu illərdəki vəziyyətə bənzəyir. Məhz o zaman böyük rəhbər İosif Stalin məşhur bəyanatında demişdi:

“Əgər biz sürətləndirilmiş sənayeləşməyə nail olmasaq, darmadağın olacağıq”.

Bizə, o vaxt olduğu kimi, indi də yeni sənayeləşmə lazımdı. Əgər yeni sənayeləşmə aparılacaqsa, bunun üçün kadrlar lazımdı.

“Hər şeyi kadrlar həll edir” şüarı aktual olaraq qalır. Bu gün sahibkarların və biznes menecerlərinin böyük əksəriyyəti deyir ki, hazırda ən vacib problem pul deyil, peşəkar kadrların olmamasıdı.

Xüsusilə kənd yerlərindəki uşaq bağçaları, məktəblər, kitabxanaların vətəndaş yığıncağının razılığı olmadan ləğvi və yenidən təşkili qadağan edilməlidir. Bakıda təhsilin yardımçısı olan çoxsaylı kitabxanalar bağlanılıb, dələduzlar, alverçilər bilik məbədgahlarını ticarət obyektinə çeviriblər. Düşünürəm ki, ümumiyyətlə, bağlananları yenidən yaratmaq lazımdı. Amma bunun üçün ilk olaraq kitabxanaların bağlanmağını dayandırmağı tələb etməliyik.

Məşhur bir deyimi xatırladım:

“Bilik, cənnət kimi hamıya məxsusdu”.

Bu humanist tələbdir, lakin biz əkcə humanizmdən danışmırıq. Söhbət ölkəmizin milli təhlükəsizliyinin, texnoloji və sosial-mədəni suverenliyinin təmin edilməsindən gedir. Biz elmi-texniki tərəqqi dövründə yaşayırıq. Ona görə də ölkənin rəqabət qabiliyyəti vətəndaşların təhsil səviyyəsindən asılıdır.

Qərb strukturları tərəfindən ölkəmizə sövq edilən təhsil layihələri dəfn edilməlidi. Əks təqdirdə xalqın savadlılığı tamamilə aradan qalxacaq.

Ədalət Abdinov


Digər xəbərlər

0.31453013420105