Region Liqasında 2-ci dövrəyə start verildi

18:28 06-02-2024 | icon 935
Region Liqasında 2-ci dövrəyə start verildi

Ötən həftə Region Liqasında 2-ci dövrəyə start verildi. Zonalar üzrə əsasən bol qollu qarşılaşmalarla diqqət çəkdi. Heç kimin gözləmədiyi halda çempionluğa iddialı “Çinar-Zəngilan” səfərdə “Gənclər PFM”in müqavimətini qıra bilməyib. Görüş qolsuz heç-heçəylə başa çatıb. Bu Zəngilan təmsilçisinin mövsümdə ilk xal itkisidi. “Şimal” bu turda da məğlubiyyətsizlik seriyasını davam etdirib.         Tural Cəlilovun komandası səfərdə “Lokomotiv Baku”nu 1:8 hesabıyla məğlub edib. “Göyəzən” isə öz zonasında 2-ci dövrəyə ən böyük hesabla qələbəylə start verib. Qazaxlılar dogma meydanda “Şəki”ni 9:0 darmadağın edib. Bununla “dağlılar” ardıcıl 5-ci qələbəsini əldə etdi. 2-ci dövrədə zonalar üzrə nəticələri belə olub.                            

 

 

Paytaxt və Şimal zonası

 

10-cu tur

 

A qrupu

 

Record Club - İrəvan İK 8:1

 

Gənclər PFM  -  Çinar-Zəngilan  0:0

 

City Baku - Xanlıq 5:1

 

Mübariz FA - Ramana FK bəlli olmayan səbəblərə görə baş tutmayıb

 

Gənclik İK bu tur istirahə edib

 

 

Mübariz FA – 21, Çinar-Zəngilan – 19, City Baku – 18, İrəvan İK – 13, Ramana FK – 12, Gənclər PFM – 11,  Gənclik İK – 6, Record Club – 6, Xanlıq – 3

 

Bombardirlər: Cəfər Şahməmmədov (Mübariz Futbol Akademiyası) – 26, Tacir Əlizadə (Mübariz Futbol Akademiyası) – 8 qol, Murad Qarayev (City Baku FK) – 6

 

 

B qrupu

 

10-cu tur

 

Lokomativ Baku – Şimal 1:8

 

ŞKGB  - Şirvanovka FK 1:3

 

Hypers FK - Dirçəliş FK  7:3

 

Cürət FK  - İCBFA   0:1

Şimal – 25, Hypers – 24, Şirvanovka – 21, Dirçəliş FK – 13, İCBFA – 13, Lokomativ Baku – 5, ŞKGB – 4, Cürət FK – 2

 

Bombardirlər: Emin Əskərov  – 13, Elmar Yəhyabəyov (hər ikisi Şimal FK) – 12,  Məhəmməd Alıyev – 10, Sirac Məmmədli – 9 (hər ikisi Hypers FC)

 

 

Mərkəz zonası

 

8-ci tur

 

İsmayıllı FK - Ərgünəş 4:1

 

Mil (Beyləqan) - Hacıqabul 3:1

 

Göyçay FK - Araz (İmişli) 1:0

 

Ümid FK - Olimpiya (Ağcabədi) 1:0

 

Olimpiya (Ağcabədi) – 19, Ümid FK – 18,  Araz (İmişli) – 13, Mil (Beyləqan) – 12, İsmayıllı – 10, Göyçay FK – 10, Hacıqabul – 4, Ərgünəş (Füzuli) – 0

 

Bombardirlər: Ramil Zahidov (Ümid FK) – 12, Orxan Həsənov (Olimpiya) - 10, Rəvan Hatəm (Araz) – 8

 

 

Cənub zonası

 

8-ci tur

 

Masallı PFK - Qobustan FK  2:0

 

Ərkivan (Masallı) - Lənkəran FK  1:0

 

Zəfər-44 - Neftçala FK 4:1

 

Biləsuvar FK bu tur istirahət edir

 

Masallı PFK – 18, Neftçala FK – 16, Zəfər-44 – 12, Qubustan – 6, Ərkivan (Masallı) – 6, Lənkəran FK – 4, , Biləsuvar FK – 3

 

Bombardirlər: Hüseyn Abdullayev (Zəfər-44) – 8, Aqşin Həşimov (Masallı PFK) – 5

 

 

 

 

Şimal-Qərb və Qərb zonası

 

7-ci tur

VT Gəncə - Balakən FK 0:3

Bərdə FK -  Goranboy Qala 1:1

Göyəzən - Şəki 9:0

Qarxun - Ağstafa Gəncləri 3:4

Göyəzən – 18, Qarxun – 13, Bərdə - 13, Goranboy Qala – 12, Ağstafa Gəncləri – 9, VT Gəncə – 7, Şəki – 6,  Balakən – 5

Bombardirlər: Eltac Hüseynov (Ağstafa Gəncləri) – 10, Aqil Mustafayev (Şəki) - 6, Bayram Vəliyev (Qarxun)  – 6

 

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.24285221099854