Namizədlər hansı məntəqələrdə səs verəcək?

18:55 06-02-2024 | icon 858
Namizədlər hansı məntəqələrdə səs verəcək?

Sabah Azərbaycanın müstəqillik tarixində 8-ci dəfə prezident seçkiləri keçiriləcək. Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində baş tutacaq. Bu, İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra keçirilən ilk seçkidir.

Seçkilərdə iştirak edəcək 7 namizədin harada səs verəcəyini araşdırılıb.

Qeydə alınan namizədlər aşağıdakı seçki məntəqələrində səs verəcək:

İlham Əliyev - 7 saylı saylı Səbail seçki dairəsinin 1 saylı məntəqəsi;

Zahid Oruc - 23 saylı saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsi;

 
 

Razi Nurullayev - 8 saylı saylı Binəqədi birinci seçki dairəsinin 12 saylı məntəqəsi;

Qüdrət Həsənquliyev - 7 saylı saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsi;

Fazil Mustafa - 26 saylı saylı Sabunçu birinci seçki dairəsinin 3 saylı məntəqəsi;

Fuad Əliyev - 34 saylı saylı Xətai ikinci seçki dairəsinin 19 saylı məntəqəsi;

Elşad Musayev - 19 saylı saylı Nərimanov birinci seçki dairəsinin 3 saylı məntəqəsi.

Qeyd edək ki, sabah keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün seçici siyahılarına 6 milyon 300 mindən çox seçicinin adı daxil edilib. Həmçinin, prezident seçkiləri üçün 6 537 məntəqə təşkil edilib.(modern)


Digər xəbərlər

0.28674006462097