Salyanda məntəqələrdə seçicilər aktiv şəkildə səs verir
Salyanda növbədənkənar prezident seçkiləri üzrə səsverməyə start verilib.
Rayonda 64 saylı Salyan və 65 saylı Salyan – Biləsuvar – Neftçala seçki dairələri fəaliyyət göstərir.
Dairədə 38-i Salyan, 6-sı Biləsuvar və 5-i Neftçalada olmaqla 49 seçki məntəqəsi yaradılıb.
Bu gün keçirilən növbədənkənar prezident seçkilərində 52 min 195 seçicinin iştirakı gözlənilir. Seçki prosesini izləmək üçün 9 məntəqədə ( 4-ü şəhərdə, 3-ü kənddə, 2-si isə Biləsuvarda) veb-kamera quraşdırılıb. Səsverməni 692 yerli, ATƏT-in iki, MDB-nin bir müşahidəçisi izləyir.
Dairə seçki komissiyasının sədri Səlamət Kərimovun verdiyi məlumata görə, məntəqələrdə seçicilərin aktivliyi müşahidə olunur. Səsvermə zamanı hələlik hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərində dairə üzrə 2 062 nəfər ilk dəfə, bu gün 18 yaşı tamam olan 4 nəfər isə öz səsvermə hüququndan istifadə edəcək.
-
Sabah leysan olacaq
...
-
Vüqar Əhmədov Şəkidə vətəndaşları qəbul etdi
...
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...