AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan həmkarlar ittifaqları adından Prezident İlham Əliyevi təbrik edib

09:33 09-02-2024 | icon 1031
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan həmkarlar ittifaqları adından Prezident İlham Əliyevi təbrik edib

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan həmkarlar ittifaqları adından Prezident İlham Əliyevi təbrik edib
Təbrikdə deyilir:
“Hörmətli Prezident!
Sizi yenidən xalqımızın iradəsi əsasında Azərbaycan Respublikasının Prezident
seçilməyiniz münasibətilə həmkarlar ittifaqlarının bütün üzvləri və şəxsən öz
adımdan səmimi-qəlbdən təbrik edir, dövlətimizin davamlı və dayanıqlı inkişafı,
müstəqilliyinin və suverenliyinin qorunması, son 20 ildə Sizin rəhbərliyinizlə əldə
olunmuş misilsiz nailiyyətlərin daha da möhkəmlənməsi naminə ali müqəddəs
missiyanızda uğurlar arzulayıram.
Cənab Prezident!
Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisi tam demokratik, ədalətli,
azad və şəffaf keçirildi. Seçkilərdə iştirak edən bütün regional və beynəlxalq
təşkilatların apardıqları monitorinqlərin, eləcə də keçirilən “exit-poll”arın nəticələri
seçkilərin obyektiv keçirildiyini və demokratik seçki üçün bütün zəruri şəraitin
yaradıldığını təsdiq etdi. Bu onu göstərir ki, ölkəmizdə müasir mükəmməl seçki
sistemi mövcuddur. Seçki hüququ olan vətəndaşlarımızın fəallığı, böyük şövqlə və
istəklə seçki məntəqələrinə üz tutması isə onların yüksək siyasi mədəniyyətindən
və dövlətimizin gələcəyinə məsuliyyətli yanaşmasından irəli gəlir. Həmçinin
vətəndaşlarımızın böyük əksəriyyətinin Sizə - şanlı tariximizin ən böyük
şəxsiyyətlərindən birinə, qətiyyətli, əzmkar, tərəqqipərvər Liderə, onu müzəffər
edən dahi Sərkərdəyə etimad göstərməsi xalqımızın müdrikliyinin, düşünülmüş və
məntiqli qərarının, dövlətimizə sədaqətinin və doğma Vətənimizə olan böyük
məhəbbətinin əlamətidir.
Möhtərəm Prezident!
Ötən 20 ildə Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövr sürətli inkişaf və misilsiz
nailiyyətlər dövrüdür. Bu illər ərzində ölkəmizin bütün sahələrində davamlı inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb, respublikamızın siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib
və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz tam bərpa edilib. Müəllifi
olduğunuz Qarabağ Zəfəri, o cümlədən Xankəndidə ucaltdığınız bayraq xalqımızın
qeyrət dastanıdır. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan dövləti və xalqı
Sizin müdrik rəhbərliyiniz sayəsində qədimlərə söykənən zəngin tarixinin ən şanlı
və parlaq dövrünü yaşayır. Bu uğurları görən və dərindən dərk edən xalqımız
yenidən Sizə - sınanmış və etibarlı namizədə etimad göstərməklə dövlətimizin
gələcək inkişafını təmin etmiş olub.
Cənab İlham Heydər oğlu!
Sizin peşəkar rəhbərliyiniz sayəsində ölkəmizdə qanunun aliliyinin qorunması,
sosial-iqtisadi tərəqqiyə nail olunması, sabitliyin, demokratiyanın, insan hüquq və
azadlıqlarının ən ali səviyyədə təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafı
həmkarlar ittifaqlarının da səmərəli fəaliyyətinə geniş imkanlar açıb. Siz hər zaman
bu təsisata işçilərin, pensiyaçıların, təhsil alanların əmək, sosial, iqtisadi
hüquqlarının və qanuni mənafelərinin müdafiəsi işində güclü dəstək vermisiniz.
Məhz bunun nəticəsdir ki, həmkarlar ittifaqları işçilərin əmək hüquqlarının
qorunmasında və sosial problemlərinin həllində xüsusi əzmkarlıq göstərir və
qətiyyətli mövqe sərgiləyir. Odur ki, həmkarlar ittifaqlarının fəalları və üzvləri
Sizin idarəçilik fəlsəfənizin gücünə inanır, onu bəyənir və ürəkdən dəstəkləyir.
Xatırladım ki, təşkilatımızın milyon yarımdan çox üzvü Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının VI qurultayında budəfəki prezident seçkilərində
Sizin namizədliyinizin dəstəklənməsi və seçkilərdə Sizə səs verəcəkləri ilə bağlı
qərar qəbul etdilər.
Zati-aliləri, möhtərəm cənab Prezident!
Azərbaycan dövləti və xalqı Sizin rəhbərliyinizlə uğurlu və şərəfli bir mərhələni
adlayaraq yeni epoxaya qürurla qədəm qoyur. Əminik ki, yeni dövrdə qarşıda duran bütün strateji vəzifələrin - Şərqi Zəngəzur və Qarabağın dirçəlməsi, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və modern ordu
quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın
formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin
təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq
mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai
iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin
mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması kimi ali missiyanın
öhdəsindən zəngin idarəçilik təcrübəniz, dərin siyasi biliyiniz və xalqımızın
sarsılmaz dəstəyi ilə ləyaqətlə gələcək, doğma Azərbaycanımızı daha uca zirvələrə
qaldıracaqsınız.
Cənab Prezident, bu yolda Sizə bol-bol uğurlar, tükənməz enerji və sağlam
can arzulayıram! Biz hər zaman olduğu kimi, bundan sonra da Sizin
ətrafınızdayıq”.


Digər xəbərlər

0.23495388031006