Dünya çempionatında iştirak edəcək Azərbaycan bilyardçılarının seçiminə start verilib
Bilyardın qarışıq piramida növü üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyətini müəyyənləşdirmək üçün seçim turuna start verilib.
Bu məqsədlə Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə yığmanın şərəfini qoruyan 10 bilyardçı arasında miniturnir keçirilir.
İlk 3 pilləni tutan idmançılar fevralın 27-dən martın 3-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək mundialda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
Seçim turu ilə bağlı açıqlama verən Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov bildirib ki, 4 qələbəyə ən tez çatan milli üzvü növbəti mərhələyə adlayacaq: “Uduzanlar turniri dərhal tərk etmirlər, onlara daha bir şans verilir. İlkin mərhələdən sonra səkkiz bilyardçı 1/4 finalda mübarizəni davam etdirəcək. Daha sonra isə yarımfinal və final görüşləri keçiriləcək. İlk 3 yerin sahibi dünya çempionatında iştirak edəcək”.
Federasiya prezidentinin sözlərinə görə, seçim turunda iştirak edənlər Azərbaycanın ən güclü bilyardçılarıdır: “Bunların arasında Seyhun Ağayev, Azər Hacıyev, Niyazi Xələfov və Rauf Mustafayev kimi idmançılar var. Onlardan bəziləri ölkə çempionları, bəziləri isə Avropa çempionatının mükafatçılarıdır”.
S.Məmmədov dünya çempionatında əsas hədəflərinin medal qazanmaq olduğunu söyləyib: “İdmançılarımız yarışa yaxşı hazırlaşıblar. Məşqlər hələ də davam edir. Güman edirəm ki, yaxşı nəticə göstərə biləcəyik. Dünya çempionatına Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanacağıq”.
O, milli komandaya Şəmsi Azadi Əliyevin başçılıq edəcəyini vurğulayıb: “O, yığma ilə yaxından məşğul olur. Dünya çempionatına lisenziya qazananları da bu mütəxəssis hazırlaşdıracaq”.
Fevralın 17-18-də dövlət qurumları arasında bilyard yarışının keçiriləcəyini xatırladan S.Məmmədov turnirin möhtəşəm olacağını deyib: “Azərbaycanda bu vaxta kimi dövlət qurumları arasında ilk dəfə belə bir yarış reallaşacaq. Turniri il ərzində iki dəfə keçirəcəyik. Bundan başqa, media əməkdaşları arasında da bilyard yarışı keçirməyi planlaşdırırıq. Bu da ölkəmiz üçün yenilik olacaq”.(azertac)
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...