Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

13:59 14-02-2024 | icon 615
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Dövlət başçısı və birinci xanım ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.


Digər xəbərlər

0.70748090744019