Məqsəd İsayev: "Heç-heçə ədalətli nəticə oldu"

21:08 14-02-2024 | icon 1267
Məqsəd İsayev:

Dünən Misli premyer-liqasında 22-ci tura yekun vuruldu.

"Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul etsə də, oyunda hesab açılmadı. Qolsuz bərabərliklə keçən matçla bağlı "qartallar"ın futbolçusu Məqsəd İsayev azeripress.az saytına bunları dedi:

"Bu gün "Sumqayıt"la gərgin oyun keçdi. Rəqib çempionatın 2-ci yarısına yaxşı başlayıb. Onlar hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşıblar. "Kimyaçılar"ın bizə çətin anlar yaşadacağını bilirdik. Hər 2 komandanın qollar vurmaq üçün şansları oldu. Penatidən fərqlənmək üçün imkan qazansaq da, bundan yararlana bilmədik. Eləcə də bir neçə fürsətlərimizi də boşa verdik. 90 dəqiqə ərzində ağır matç keçdi. Məğlub ola, qələbə də qazana bilərdik. Düşünürəm ki, heç-heçə ədalətli nəticə oldu".

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.2115421295166