Bu mövsümdə də "Qarabağ" erkən çempion olacaq

17:50 15-02-2024 | icon 1750
Bu mövsümdə də

Azərbaycan çempionatında bir zaman "Xəzri" komandası vardı. Buzovna təmsilçisi elitada 1 dəfə gümüş, 1 dəfə də bürünc mükafatları da qazanıb. Amma tarixin yaddaşına köçən komandanın tək uğurlarıyla yox, həm də yetirməsi olduğu hücumçu Paşa Əliyevlə də tanınıb. Adı çəkilən forvard "Xəzri"nin uğurlarında əsas pay sahibi olmaqla yanaşı çempionatımızın bombardiri kimi də məşhurlaşıb. Veteran futbolçu ilə cari çempionatdan, yığmamızın gələcək baş məşqçisi və digər mövzulardan söhbət açdıq.

-Səhətinizə görə "Difai Ağsu"dan ayrılmalı olduz. Hazırda özünüzü necə hiss edirsiz?

-Gözümdə problemlər vardı. Müalicələr aldım. Şükür allaha hazırds hər şey qaydasındadı.

-Sabiq komandanız "Difai Ağsu" haqqında nə deyərdiz?

-Hesab edirəm ki, onlar çempionatın 2-ci yarısında yaxşı çıxış edəcəklər. Maliyyə vəziyyətləri yaxşılaşıb. Yeni oyunçular cəlb ediblər. Qış fasiləsində yaxşı hazırlıq keçib, 3 yoxlama matçında qələbə qazanıblar. Çempionatda son 2 oyunda 1 qələbə, 1 məğlubiyyət alıblar. Hələ qarşıda uzun marafon var. 1-ci liqada sabiq komandama, elitada isə vaxtilə çıxış etdiyim klublara azarkeşlik edirəm.

-Sabiq komandanız "Neftçi"də baş məşqçi dəyişikliyi olsa da, komanda stabil çıxış etmir. Bu barədə nə deyərdiz?

-Bu gün flaqmanın uğursuzluğu onu idarə heyətinin, əsas da baş məşqçilərindədi. Həmişə demişəm, deyirəm, deyəcəm də yerli mütəxəssislərimizə şans verməliyik. Ən savadlı əcnəbi məşqçini də gətirsək, burda uğurlu olmayacaq. Çünki bizim futbolçuları azərbaycanlı futbolçu daha yaxşı anlayır, onlara fikirlərini çatdırır. Ümumiyyətlə hər ölkənin futbol çempionatında yerli məşqçilər üstünlük verilməsi düşüncəsindəyəm. "Neftçi"nin tarixinə baxaq. İstər sovetlər dönəmində, istərsə də, 90-cı illərdən bu yana "ağ-qaralar"a uğurlar qazandıran yerli məşqçilərimiz olub. Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Tərlan Əhmədov adını çəkmək olar. Nə qədər ki, "Neftçi"də futbolundərindən bilməyən insanlar və əcnəbi məşqçilər olacaq, o vaxta qədər komandada uğur olmayacaq.

-Bəs Roman Qriqorçukun "Qəbələ"ni 2 dəfə avro kubokların qrupunda oynatması, Murad Musayevin "Sabah"ı vitse-çempion etməsi necə edək?

-Təbii ki, adını çəkdiyiniz əcnəbi mütəxəssilərin işinə kölgə salmıram. Amma gəlin bacaq görək bu gün onlar hardadı? Elmar Baxşıyev ötən mövsüm kasad heyət və büdcəyə baxmayaraq "qırmızı-qaralar"la həm 4-cü yeri tutdu, həm də ölkə kubokunu qazandı. Sadəcə sponsor probleminə görə komanda hazırda ağır günlərini yaşayır. Murda Musayev ötən mövsüm uğurlu idi, amma komanda Konfrans Liqasında "Partizan"la cavab matçında məğlub olub mübarizəni dayandırdı. O yenilgi komandanı tənəzzülə apardı. Nəticədə rusiyalı getdi. Hazırda yerli mütəxəssisimiz İqor Ponomaryov və ətrafındakı cavan məşqçilərlə komandanı toparlamaqdadı və yaxşı nəticələr verirlər. Eləcə də uğurdan danışırıqsa, Qurban Qurbanov nümunəmiz var. Yığmamızın sabiq "9 nömrə"si 10 ildi atdıcıl "Qarabağ"ı qitəmiqyaslı yarışların qrupunda oynadır. Bunu ölkəmizə gəlib-getmiş heç bir əcnəbi etməyib, heç də edə də bilməz. Ona görə də bu məsələdə mən vətənpərvər, millətpərəstəm. Ancaq öz məşqçilərimizə şans tanılmasının tərəfdarıyam.

-Çempionatımızın səviyyəsi haqqında nə deyərdiz?

-"Qarabağ"ı çıxsaq digər komandalar aşağl-yuxarı eyni səviyyədi. Çempionatda rəqabətdən söhbət gedə bilməz. İllərdi Ağdam təmsilçisini hegemonluğuyla keçən və çempion olan premyer-liqa izləyirik. "Köhlən atlar" çempionatın sonuna bir neçə tur qalmış erkən çempionluğunu rəsmləşdirir. Bu mövsümdə elə olacaq. Zatən "Qarabağ" hazırda ən yaxın izləyicisini 16 xal qapaqlayır. Çətin ki, bu fərqi aradan qaldırmaq olsun. Amma 2-10-cu yerlərin sahiblərin kimliyinə aydınlıq son turlarda aydınlaşacaq.

- Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi. Sizcə ölkənin əsas komandasında uğurlu çıxış gözləmək olarmı?

-Slovakiya, İsveç və Estoniya ilə bir qrupda yer almışıq, tanış rəqiblərdi. Onların hər birini məğlub da etmişik. Hesab edirəm ki, millimizdə yer alan hazırkı futbolçularla maksimum nəticə göstərmək olar. Bunun üçün başlıca 2 səbəb var. Yığmanın sükanı arxasına yerli məşqçi təyin etmək və oyunçulara öz fəlsəfəsini yeridib onları qələbəyə kökləmək. Yuxarıda qeyd etdiyim kimi azərbaycanlı məşqçilərə şans verilməlidi. Qrupda 1 xal qazanan yurçeviçlərin, byazilərin ayağı altına qırmızı xalça salmaq bəsdi. Azərbaycan millisini uğuru olacaqsa bunu yerli məşqçilərimizdən biri həyata keçirəcək. Ona görə azərbaycanlı mütəxəssislərə inanıb onlara şans vermək lazımdı.

-Bir çox klublarımızın formasını geyinmisiz, o cümlədə tarixin yaddaşına köçmüş "Xəzri"ylə ölkə çempionatında bombardir olmusuz. Necə düşünrsüz, tarixib yaddaşına köçmüş klubların yenidən bərpa etməyin vaxtı çatıbmı?

-Çatıb da, gecikib də. Mən Buzovnada anadan olmuş, bu kəndin havasını udub, suyunu içib, çörəyini yeyib böyümüşəm. Futbolda gəlməyimi və ilk uğurumu da doğma yurdumun "Xəzri" komandasında qazanmışam. Heyif ki, ölkə futbolumuzda iz qoymuş bir çox klublar dağıldı. Nəin ki, "Xəzri", o cümlədən "Şəmkir", "Bakı", "Xəzər-Lənkəran" və digər adlarını çəkmədiyim digər komandalarımızın da bərpa olunmasını çox istəyərdim.

ABDULLA İSMAYILOĞLU


Digər xəbərlər

0.22521495819092