"Futbol tariximizə qızıl səhifələr yazıldı" - "Qarabağ"ın xanım azarkeşi
Dünən "Qarabağ"ın "Braqa" üzərində səfər qələbəsi çoxlarında böyük coşqu yaratdı. "Köhlən atlar"ın sadiq azarkeşlərindən olan Sevinc Məmmədovanın da sevincinin həddi-hüdudu yox idi. Zərif cinsin nümayəndəsi hislərini Azeripress.az saytına açıqladı:
"Adətən "Qarabağ"ın oyunlarından əvvəl çox iddialı danışan, komandamıza hədsiz güvənən biriyəm. Rəqibin kimliyindən aslı olaraq bu iddialı fikirlərim artıb, azalır.
Ancaq dünənki oyun və nəticə mənim bütün iddialı fikirlərimdən, gözləntilərimdən, xəyal etdiklərimdən də üstün oldu. Nə qədər pozitiv düşünməyə çalışsam da Avropa Liqası kimi mötəbər turnirin 1/16 mərhələsində Portuqaliya nəhənginə qarşı səfərdə belə oynayacağımız, 2:4 hesabıyla qələbə qazanacağınız ağlıma da gəlməzdi. Fikirlərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.
Həqiqətən də "Qarabağ" möhtəşəmdi. Qurban Qurbanov elə komanda qurub ki, adam danışmağa söz tapmır. Çox şanslıyıq ki, bu "Qarabağ" bizim komandmaızdı. Çox şanalıyıq ki, bu günləri "Qarabağ"la birlikdə yaşayırıq.
Şərh vaxtı Şəmsəddin Abbasov efirdə dedi ki, haçansa nəvələrimə danışacağım bir matçdı. Doğrudan da, futbol tariximizdə gələcək övladlarımıza qürurla danışa biləcəyimiz qızıl səhifələr yazıldı. Biz də buna şahid olduq".
ABDULLA İSMAYILOĞLU
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...