Siyasi luzerə cavab

17:26 17-02-2024 | icon 1374
Siyasi luzerə cavab

 

Səmimiyyət zamanəmizdə problem kimi görsənir. Ona görə də səmimi qalıb mənə nifrəd edilməsini seçərəm, nəin ki, riyakar və axmaq olmağı.

Kristen Stüart

Ötən həftə dil pəhləvanı olan kvazimüxalifətin “öndər”ləri Arif Hacılı ilə Əli Kərimli “BBC”-in Azərbaycan şöbəsinə pafoslu açıqlamalarıyla yadda qaldılar. “Narıncılar” 7 fevralda gerçəkləşən prezident seçkilərini öz aləmində boykot edib, tanımadıqlarını vurğuladılar. Əli Kərimli isə absurd səslənən bir ifadə bildirdi: “Seçkilərdə 92% səs toplamaq ancaq avtoritar rejimlərdə mümkündü”.  Özünü Əbülfəz Əliyevin (Elçibəyin) varisi və demokratiyanın “avanqard”ı hesab edən Əli bəy görəsən yuxarıda qəti olaraq səsləndirdiyi ifadəsini hansı fakta əsaslandır? Məgər böyük səs çoxluğuyla qalib gəlmək diktatura, avtoritarlığa əsasmı verir?

Görəsən ABŞ-ı daim nümunə çəkən, az qala hər şeydə okeanın o tayını xalqa nümunə kimi sırıyan siyasi “xadim”in yüksək səs çoxluğu ilə prezident seçilən amerikalılardan xəbəri varmı? Yoxdursa ona xatırlatma edim.

Siyasi luzerə cavab

ABŞ-da 1789-cu və 1792-ci illərdəki prezident seçkilərində Corc Vaşinqton səslərin 100%-i toplamaqla qələbə qazanır. Generalı 3-cü dəfə də dövlət başçısı postuna irəli çəkmək istəsələr də, o, imtina edir. Eləcə də 1820-ci il seçkilərində Ceyms Monro 80,6% səs çoxluğuyla rəqibini Con Kvinsli Adamsı qabaqlayır. Yeni tarixi dövürdən misal çəksək, Fransada 2002-ci seçkilərində Jak Şirak “Milli Cəbhədən” olan rəqibi Jan-Mari Lö Pen üzərində 82,21% səs çoxluğuyla qalib gəlir. Bu cür misallar çox gətirmək olar. İndi 2 sual olunur ki, Corc Vaşinqton, Ceyms Monro və Jak Şirak avtoritar liderlər idi? Əli bəy desə ki, adları çəkilən tarixi şəxsiyyətlər də saxtakarlıqla qalib gəlib, deməli ABŞ ilə Fransadan Azərbaycana nümunə olmaz. Yox,  AXC “başqan”ı vurğulsa ki, onlar xalqın dəstəyi ilə seçilib və diktator ola bilməzlər. O zaman “de-fakto” və “de-yure” İlham Əliyev də həmin cür qalibdi. Ən azından 2003-cü ildən bu yana sizlərin “seçki saxtakarlığ”ı kimi təşviqat-təbliğatınız həqiqəti əks etdirsəydi, sizi rəhbər kürsüsündə görmək istəyən xalq meydanlara axışıb ölkəni dağıtmalıydılar. Amma nədənsə ancaq sizlərin, daha doğrusu döşəkdə dəfələrlə fiaskoya uğrayan “pəhləvan”ın səsi gəlir. 21 ildi saxtakarlıqda, avtoritarlıqda, ailə hakimiyyəti qurmaqda ittiham etdiyiniz İlham Əliyevin yalnız 2003-cü ildə 76% səslə (rəsmi) qalib gəlib. Ondan sonrakı 4 seçkinin 3-də 80%-dən artıq səs toplamaqla rəqiblərini geridə qoyub, fevralın 7-dəki seçki nəticəsini isə özünüz dilə gətirdiz. Bəs necə olur özünü xalqın müxalifəti, sözçüsü hesab edən sizlər bu qədər fərq qarşısında heç nə etmirsiz? Axı, sizlər “xalq bizimlədi” bəyan edirsiz. Hanı on minlərlə, yüz minlərlə, milyonlarla sizinlə olmaq istəyənlər? Cəmi 2 ay 6 gün Dövlət katibi olmuş  Əli “əfəndi”yə tarixdən nümənə gətirim. Adolf Hitler noyabr 1923-cü ildə hökümətə qarşı silahlı qiyam qaldırır və bu tarixdə uğursuz “Piyvə qiyamı” kimi həkk olundu. Həbs olunan fürer anladı ki, yalnız xalqın səsləriylə iqtidara gəlmək olar. 1926-cı ildən başlayaraq Hitlerin partiyası Nasional-Sosialist Alman Fəhlə Partiyası (orijinal adı NSDAP) parlament seçkilərində iştirak etməyə başladı. Onun siyasi təşkilatı reyxstaqda az yerlər götürməsinə rəğmən inadla, əzmlə daim qələbə üçün çarpışdılar. Bunun nəticəsidi ki, 1932-ci ilin mart-aprel aylarında Almaniyada kansler postuna seçkilərdə Hitler 1-ci turda 30,1%  (11,3 milyon əhali), 2-ci turda isə 36,8%  (13,4 milyon əhali) səs toplamaqla namizədlər arasında 2-ci oldu. Ona yeni quruluna hökümətdə vitse-kansler postu təklif olunsa da, inadın vaz keçməyən yefreytor “mən Almaniyanın yalnız kansleri olmalıyam” dedi və tərəfdarlarını yenidən meydanlara töktü. Bir il sonra, daha doğrusu 30 yanvar 1933-cü ildəki kansler seçkilərində o, 43,9% səs (17,2 milyon əhali) toplaqla hökümət başçısı təyin olundu. 2 avqust 1934-cü ildə prezident Paul fon Hindenburq vəfat etdikdən sonra Almaniyada kansler və prezident vəzifələrinin 1 nəfərin (Hitlerin) əlində cəmləşməsi üçün referendum keçirildi. Nəticədə 89,9% səslə (38,3 milyon əhali) Hitleri ölkənin tam səlahiyyətli şəxsinə çevirdi. 1938-ci ildə fürer Avstriyanı Almaniyaya birləşdirib vahid reyx yaratmaq üçün hər 2 dövlətdə referendum keçirdi. Nəticədə almanların 99,08%-i, avstriyalıların isə 99,95% birləşmək üçün səslərini verdi. Cəmi 4 sinif oxuyan bir avstriyalının bu uğuru haqqında bir çox tarixçilər və tədqiqatçılar, o cümlədən fürer haqqında cildlərlə kitablar yazan İohim Fest vurğulayır:

“Əgər Adolf Hitler 1938-ci ildə Almaniya ilə Avstriyanı birləşdirəndən sonra vəfat etsə və ya öldürülsəydi onu Almaniyanın bütün dövrləri üçün ən dahi dövlət xadimi hesab edəcəkdilər”.

Bu Əli Kərimli və onun “milyonlarla” tərəfdarı üçün nümunələrdən biridi. Liderlik sosial şəbəkələrdə trollar saxlamaq, yutubda populist çıxışlar etmək, xaricdən qrantlar almaqla olmur.

İndi isə keçək kvazimüxalifət “öndər”inin bəh-bəhlə danışdığı və Azərbaycan yeganə demokrat seçki hesab etdiyi 1992-ci il prezident seçkilərinə. Onu da xüsusi qeyd edim ki, “cəbhəçilər” həmin ildəki seçkilərlə bağlı bu gün də hayqırırlar: “Xalqın böyük çoxluğu ilə Əbülfəz Elçibəy prezident seçildi”.

Bu həqiqətdimi?

Siyasi luzerə cavab

1992-ci ilin 14-15 mayında AXC “fəallar”ı müharibə gedən bir vaxtda düşmənlə təmas xətdində olan özünümüdafiə taburlarını (onların təsiri altında olan) Bakı küçələrinə gətirtməklə Milli Məclisin binsasını atəşə tutdular. Nəticədə həm parlament götürüldü, həm də prezident Ayaz Mütəllibov istefa vermək məcburiyyətində qaldı. Mir Şahinin aparıcısı olduğun və 08.03.2012-ci ildə ANS efirində nümayiş olunan “Ən yeni tarix” verlişində dediyiyi ifadə yada düşür: “Elçibəyin tərəfdarları hakimiyyəti ələ keçirmişdi. Amma Azərbaycanın prezidenti kimi Əbülbəz Elçibəy fəaliyyətə başlamamışdı1”.  Hakimiyyət qısa müddət İsa Qəmbərin əlinə keçdi. Bu və sonrakı dövrlə bağlı həqiqətləri bütün çılpaqlığıyla görmək istəyənlər jurnalist və tədqiqatçılardan Tomas De Vaalın, Zərdüşt Əlizadənin, Tural Həmidin əsərləriylə tanış olsa kifayətdi. Orda AXC-Müsavat “duet”inin qanunsuz və özbaşınalıq əməlləri haqqında geniş məlumat verilir. Həmin ilin 7 iyununda  tez-tələsik prezident seçkiləri həyata keçirilir. 7 milyondan bir qədər çox olan Azərbaycan əhalisinin 3 099 480 nəfəri seçkilərdə iştirak edir (seçki fəallığı 76%). Əsas rəqabət Əbülfəz Əliyev ilə Nizami Süleymanov arasında getdi. Seçki nəticələri müxtəlif ölkələrin vikipediyalarında fərqli məlumatlar verir. Bizim dildə seçki nəticəsi belədi: Əbülfəz Əliyev 60,9%, Nizami Süleymanov 33,8 səs toplayıb2. Rus vikipediyasında analoji olaraq nəticələr: 51,9%(Elçibəy) və 41,8%(Nizami Süleymanov)3. İngilis vikipediyasında müvafiq olaraq: 60,86% və 33,84% təşkil edir4. ABŞ Konqresi Kitabxanasının rəsmi məlumatında isə nisbət belədi: 59,4% və 33%5. Mərkəzi Seçki Komissiyasının köhnə saytında Konqres Kitabxanasına oxşar rəqəmləri göstərilir. Yeganə fərq odur ki, Nizami Süleymanovun 38% səs topladığı qeyd olunur6 . Gördüyün kimi Əbülfəz Əliyev heç də xalqın mütləq çoxluğunun səsiylə ölkə başçısı olmayıb. 3 099 480 nəfərlik seçicidən 1 830 448 milyon seçici AXC rəhbərinə, 1 018 218 milyon isə texnika elmlər doktoru Nizami müəllimə səs verdi. Bu faktlar ola-ola 30 ildən çoxdu “xalqın mütləq çoxluğuyla Elçibəy prezident seçildi” demək hansı məntiqə, dürüstlüyə, əxlaqa sığır?

Prezidentliyə namizəd Nizami Süleymanov sonralar 1992-ci ilin 7 iyununda keçirilən seçkilərdə AXC nümayəndələrinin (əsas da İsa Qəmbər ilə Pənnah Hüseyn) kütləvi şəkildə nəticələri saxtalaşdırmaqda, hətta onu öldürməyi planlaşdırıldığını israrla vurğulayırdı 7.

Alimin dediklərini vaxtilə Müdafiə Naziri olmuş Rəhim Qazıyev, parlamentin spikeri, hazırda ABŞ-da mühacirətdə olan Rəsul Quliyev də vurğulayıb8,9.

Sonuncu dəfə bu məsələni qaldıran “Azərbaycan Naminə Alyans Partiyası”nın sədri Abutalıb Səmədədov olmuşdu. O, da qeyd edir ki, 1992-ci ildəki prezident seçkiləri zamanı böyük saxtakarlıqlar olub və Nizami Süleymanovun səsləri oğurlanıb10.

Çox maraqlı və təəccüblü haldı ki, bu söylənilənlərlə bağlı AXC-Müsavat “öndər”ləri heç vaxt ictimaiyyətə rəsmi şəkildə cavab verməyib. 1992-ci ildəki seçkilərlə bağlı onları dəyirmi masa arxasında debata dəvət edəndə də nəin ki, buna qarşılıq verir, əksinə sosial şəbəkələrdəki və real həyatdakı trollarıyla söyüş ritorikasına keçməklə var-yoxlarının “yüksək tərbiyəsi”ni nümayiş etdirirlər. Bununla özünü Rəsulzadə-Elçibəy davamçısı, demokratiya aşiqi adlandıranlar, “biz Azərbaycana müstəqillik gətirdik”, “xalqımıza demokratiya bəxş etdik”, “rus ordusunu torpaqlardan qovduq” deyə car çəkənlərin gerçək siması  üzə çıxır.

Onu da xüsusi vurğulayım ki, sonuncu dəfə 2013-cü ildə prezident seçkilərində iştirak etmişəm. O gün, bu gün heç bir seçkilərə getmirəm. Mənim kimi seçkiyə getməyənlər nə qədər çox olsa da, yenə real mənzərə dəyişəsi deyil. Yəni, hazırda İlham Əliyevə alternativ yoxdu. Kimsə, əsas da Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və onların “ardıcıllar”ı bu yanaşmamı gülünc, yaltaqlıq sayırsa, buyurardılar seçkilərə. Ya qalib gələrdilər, ya da seçki saxtakarlığını üzə çıxarıb xalqı meydana tökməliydilər. Hansı ki. Yuxarıda Adolf Hitlerin nümunəsini vurğulamışam. Amma görünən odur ki, onlar ölən günə kimi sınıq magintafon kimi ulayacaq. Bəzən çox heyifslənirəm ki, ölkə başçısı İlham Əliyevdi. Ona görə ki, 1 il iqtidarda olan yuxarıdakı adlarını çəkdiyim ünsürlər həmin müddətdə Azərbaycanın başına gətirdiyi müsibətlər, tariximizi təhrif etmək, müharibədə xalqı uduzdurmaq, insanlara populist vədlər verib onlara istirablar yaşatdıqlarına və digər bu kimi əməllərə görə onlardan haqq-hesab soran, çürüdən olmadı.  Mərhum Ayaz Mütəllibov demiş: “Bunlar adam olmadı, batırıblar hər yeri...”

Yazığ və bədbəxtik. Çünki sapı özümüzdən olan baltaları məhv etmək üçün napaleonumuz, hitlerimiz, stalinimiz, maomuz olmadı.  

P.S

ABŞ-ın İstiqlaliyyət müharibəsində savaşan məşhur amerikalılardan biri də Çarlz Koutsuort Pinkni idi. O, əvvəlcə kapitan rütbəsində bölük komandiri kimi döyüşlərdə iştirak edir. Bir qədər sonra general Corc Vaşinqtonun adyütantlarından olur. Sonralar polkovnik rütbəsiylə 1780-ci ildə Çarlstoun şəhərinin müdafiəsində rəhbərlik etdiyi alayıylsa britaniyalılara qarşı mübarizcəsinə döyüşsə də, qüvvələrin qeyri-bərabərliyindən sonra əsir düşür. 2 il əsirlikdən sonra polkovnik Pinkni vətənə qayıdır. Muharibə bitən kimi ona əvvəlcə briqada generalı, sonra isə general-mayor rütbəsi verilir. Amma müharibə veteranı ali rütbətə və yüksək vəzifədə olmasına rəğmən orduda qalmayaraq siyasi karyerasını qurur. O, 4 dəfə (1796-cı, 1800-cü, 1804-cü və 1808-ci illərdə) prezident seçkilərində iştirak etməsinə rəğmən uğur qazanmır. Pinkni sonuncu dəfə prezident seçkilərində (1808-ci ildə) Ceyms Medisonla qarşıdurmada  32,4%  səs toplasa da (bu onun seçkilərdə ən yüksək göstərici idi) yenə məğlub olur. Bundan sonra general siyasətdən gedərək yaradıcılıqla məşğul olur. Əgər Franklin Delano Ruzvelt ABŞ tarixində ən çox (4 dəfə) prezident seçilməklə məşhurlaşıbsa, Çarlz Pinkni də 4 dəfə prezident kürsüsünə yiyələnmək üçün seçkilərə qoşulub və uğur qazanmayıb.  Çarlz Pinkni misalını boşuna çəkmədim. Çünki Əli Kərimli tez-tez ABŞ demokratiyasını, dövlətçiliyini və seçki sistemini hamıya misal çəkir. Yaxşı olardı ki, başqalarına yol göstərmədən əvvəl özü bəlli yol tutsun.   Ay “narıncı”,  general Pinkliyə bax və nümunə götür. Ya, inadkarcasına seçkilərdə namizədliyi ver, ya da seçilmək üçün yetəri qədər nüfuzunun olmadığını qəbul et. Yaxşı olardı ki, 24 ildi siyasi luzer olmağınızı qəbul edib, AXC-dəki rəhbər kürsünüzdən gedəsiz. Məgər Əli Kərimlidən başqa adı çəkilən partiyada rəhbər olmağa layiqli kimsə yoxdumu?  Yaxud bu illər ərzində bir cavan kadır yetişdirə bilmədizmi? Axı, diktaturanı, avtoritarlığı pisləyən biri gərək özü əməlində nümunə olsun.

Mənbələr: 

 

  1. https://www.youtube.com/watch?v=dLVZ_Rek4fI

 

  1. https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycanda_prezident_se%C3%A7kil%C9%99ri_(1992)

 

  1. https://ru.wikipedia.org/wiki/%D0%9F%D1%80%D0%B5%D0%B7%D0%B8%D0%B4%D0%B5%D0%BD%D1%82%D1%81%D0%BA%D0%B8%D0%B5_%D0%B2%D1%8B%D0%B1%D0%BE%D1%80%D1%8B_%D0%B2_%D0%90%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D0%B5_(1992)

 

  1. https://en.wikipedia.org/wiki/1992_Azerbaijani_presidential_election

 

  1. https://countrystudies.us/azerbaijan/30.htm

 

  1. https://web.archive.org/web/20041221080047/http://www.cec.gov.az/az/umumi/seckiler-referendumlar/1992.htm

 

  1. https://publika.az/news/nida/23693.html

 

  1. https://web.archive.org/web/20210911233315/https://hafta.az/rehim-qaziyev-isa-qemberi-ittihamladi-31506-xeber.html?__cf_chl_managed_tk__=pmd_ZaMqKBmYuylSJVI1CnCDz3jRiL_5c_b8UL_x61rXIlU-1631402877-0-gqNtZGzNAyWjcnBszRSR

 

  1. https://sia.az/az/news/politics/660565.html

 

  1. https://olke.az/siyaset/212968/tariximizi-tehrif-etmeye-imkan-vermeyek-1992-ci-ilin-prezident-seckileri-nece-saxtalasdirildi/

ABDULLA İSMAYILOĞLU

 


Digər xəbərlər

0.3699939250946