Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün bilet satışına start verildi
Baku City Circuit mobil tətbiqini yükləyin və martın 5-dək davam edəcək 20 faizədək endirim fürsətindən yararlanın.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) fevralın 20-dən etibarən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün “early bird” erkən bilet satışına start verir. Azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq Baku City Circuit mobil tətbiqi üzərindən faydalana biləcəklər. Kampaniya martın 5-dək davam edəcək.
Qeyd edək ki, bilet əldə edən azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı Pit zolağı gəzintisi bileti də təqdim edilir. Beləliklə, hər kəs sevimli F1 komandasını, pilotları və onların qarajlarını yaxından izləmək şansı qazanır.
13-15 sentyabr tarixlərində baş tutacaq Formula 1 Qran Prisinə ölkəmiz 8-ci dəfə ev sahibliyi edəcək. Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırılacaq.
Ötən ilki azarkeş marağını və Azərbaycan Qran Prisinə biletlərin vaxtından öncə tamamilə satılmasını nəzərə alaraq, sürət həvəskarlarını zaman itirmədən, öz biletlərini Baku City Circuit mobil tətbiqindən güzəştli qiymətlərlə əldə etməyə səsləyirik. Bundan əlavə olaraq, mobil tətbiq vasitəsilə istifadəçilər yarış nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trek ətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər.
Baku City Circuit mobil tətbiqini iOS və Android əməliyyat sistemləri üzərindən endirə bilərsiniz.
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...